-Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turqaner
Lefkoşa ilə Bakı arasında sağlam körpülər qurulur
- Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında olan "könül" birliyi son dönəmlərdə daha da inkişaf edib.
BAKI, Azərbaycan
Ötən gün Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyi və Azərbaycan Qadın Sahibkarlığını İnkişaf etdirmə Dərnəyinin birgə konserti təşkil edilib.
Konsertdə Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, azərbaycanlı millət vəkilləri, musiqi və sənət ictimaiyyətinin adları və vətəndaşlar iştirak ediblər.
Milli Konservatoriyanın zalında Buta Instrumental Orkestrinin müşayiəti ilə keçirilən konsertə sənətsevərlər böyük maraq göstərib.
“Könüldən ürəyə qardaşlıq nəğmələri” adlı konsertdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan mahnıları və türkülər səsləndirilib.
Konsert proqramında çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakı üzrə nümayəndəsi Ufuk Turqaner bildirib ki, Türk dünyasının ayrılmaz bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında olan "könül" birliyi son dönəmlərdə daha da inkişaf edib.
- Ufuk Turqaner
Ufuk Turqaner qeyd edib ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlər gündən-günə inkişaf edir. Lefkoşa ilə Bakı arasında sağlam körpülər qurulur.
“Şimali Kipr Türk Cumhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçiliyi ilə güclənən münasibətlərimiz 5 apreldə Azərbaycan Milli Məclisinin qərarı ilə Parlamentlərimiz arasında dostluq qrupu yaradılması ilə taclanmışdır”-deyə Ufuk Turqaner bildirb.
Xatırladaq ki, Azərbaycan və Şimali Kiprlə mənşə, din, dil və mədəniyyət birliyinə malik olan dövlətlərdir. Bu ümumi dəyərlər Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti-Türkiyə arasındakı münasibətlərdə “bir millət, üç dövlət” anlayışının inkişafına əsas səbəbdir.
“Bir millət-iki dövlət” anlayışı uzun müddətdir ki, Azərbaycan-Türkiyə münasibətlərinin izahında və müəyyən edilməsində təsirli olub. Artıq Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti mənşə, din, dil və mədəniyyət birliyinə malik üç müstəqil dövlətdir.
.
İradə Cəlil, dikGAZETE.com