?>

Azərbaycanın Ermənistana qarşı böyük qələbəsi nədənsə Fransanı ciddi narahat edir

İradə Cəlil

8 ay önce

Azərbaycanın Ermənistana qarşı böyük qələbəsi nədənsə Fransanı ciddi narahat edir

BAKI, Azərbaycan

Fransa Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirib ki, Azərbaycanın Ermənistana qarşı ritorikası Parisi narahat edir. Əslində Fransanı Afrikadan qovulmaq narahat edir, Ukraynada Rusiyaya uduzmaq narahat edir Ermənistanı Rusiyadan qoparıb ikinci Ukrayna edə bilməmək narahat edir, Cənubi Qafqaza nəzarət edə bilməmək narahat edir.

Maraqlısı budur ki mədəniyyətdən, demokratiyadan dəm vuran və Fransanı Natavanın heykəlinə qarşı vandalizm (*) narahat etmir.

Azərbaycanın uzun illər işğal altında olması, beynəlxalq qaydaların pozulması və s. narahat etmir...

Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, Fransanın Azərbaycana qarşı mövqeyi düşmənçilik mövqeyidir və beynəlxalq normalara tamamilə ziddir.

Çünki Azərbaycan suveren dövlətdir və öz sərhədlərini qorumağa qadirdir, həm də bunun özü dövlətin vəzifəsidir. 30 il düşmən tapdağı altında qalan və erməni təcavüzkarları tərəfindən kəndləri, şəhərləri talan edilən Azərbaycanın düşmən üzərində böyük qələbəsi nədənsə Fransanı ciddi narahat edir.

Əslində Avropa dəyərlərindən, insan hüquqlarından, sülhdən, əmin-amanlıqdan danışan Fransa ilk növbədə beynəlxalq normaları əldə əsas tutaraq, istər işğal dövründə, istərsə də bu gün Azərbaycanın yanında olmalı idi.

Çünki BMT Təhlükəsizlik Şurasının bir üzvü kimi Fransa, Azərbaycan torpaqlarının erməni silahlı birləşmələrindən azad edilməsi haqqında 4 qətnaməyə özü imza atıb. Və tutduğu mövqe onun öz imzasına naxələf çıxdığını, nadanlıq göstərdiyinin ifadəsidir.

-Tahir Rzayev

Deputat qeyd edib ki, bu gün Fransa müstəmləkəçilik siyasəti yürütdüyü bir çox ərazilərdən çıxmaq ərəfəsindədir. Ən başlıcası, Fransa Afrikadan qovulub və Ukrayna-Rusiya müharibəsində özünün çirkin məqsədlərini yerinə yetirə bilməyib.

Ukraynaya tərəfdar çıxmaq və dəstək üçün silahlı birləşmələr göndərmə vədlərini həqiqətə çevirə bilməyib. Ona görə də məkrli siyasətini Qafqazda həyata keçirmək fikrindədir.

Cənubi Qafqazda möhkəmlənmək fikrində olan Fransa dövləti və onun prezidenti Emmanuel Makron ilk növbədə Ermənistanı bu oyunlara qatır, təcavüzkar dövlətdən oyuncaq kimi istifadə edir.

Deputatın fikrincə, bu həyata keçirilməsi mümkün olmayan bir niyyətdir.

Fransa Cənubi Qafqazda heç vaxt möhkəmlənə bilməz. Çünki bu gün bu ölkənin özündə müəyyən iqtisadi-siyasi böhran yaşanılır. Keçirilən mitinqlər, qarşıdurmalar deməyə əsas verir ki, Macron bir siyasətçi kimi öz nüfuzunu itirib və xalqı qarşısında günahkardır.

“Sözdə mədəniyyətdən, multikultural dəyərlərdən danışan Fransanın Natavanın heykəlinə qarşı etdiyi vandalizm sözsüz ki, Azərbaycanı narahat edir. Bu, bir vəhşilikdir. Heykələ qarşı qərəzli münasibət onun məhvinə yönəldilən cəhdlər, əslində Fransanın acizliyinin bir göstəricisidir. Çünki Fransa dövləti başqa cür bacara bilmir.

Fransa bütün dünyada öz nüfuzunu itirməkdədir. Makronun cəhdləri heç bir nəticə vermir. Bunu sadəcə Azərbaycan deyil, fransızların özləri dilə gətirirlər. Fransada Makronun ən zəif prezident olduğunu şərh edirlər”-deyə deputat əlavə edib.

Deputatın sözlərinə görə, Fransanın Azərbaycana münasibəti xalqı narahat edir. Dövlət başçısı İlham Əliyev bu mövzu ilə əlaqədar öz çıxışlarında dəfələrlə dəyərli fikirlər irəli sürüb. Prezident Fransanın və onun rəhbəri Makronun tutduğu mövqeyi demokratiyaya və insan haqlarına zidd bir mövqe adlandırıb.

Tahir Rzayev vurğulayıb ki, bu Fransa xalqının gələcəyinə yaxşı heçnə vəd etmir.

Azərbaycan inkişaf edən bir dövlətdir, güclü orduya malikdir, xalq-iqtidar birliyi 44 günlük müharibədə23 saatlıq lokal antiterror tədbirlərində özünü açıq göstərdi. Dünya Azərbaycan xalqını mübariz, öz torpaqları uğrunda qətiyyətlə mübarizə aparan, haqqı və ədaləti qoruyan, onu bərpa edən xalq kimi tanıdı. Bu gün də dövlətimizin rəhbəri bu mövqedədir.

Azərbaycan prezidenti dəfələrlə bəyan edir ki, biz sülhün və əmin-amanlığın regionda, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq. Bunun üçün cənab İlham Əliyev bütün səylərini ortaya qoyub. Beynəlxalq tribunalarda jurnalistlərə verdiyi müsahibələrdən və çıxışlardan bunu aydın görmək olar.

Təəssüflər olsun ki, bu gün Fransa ilə bərabər müəyyən dairələr bu bəyanatlara hələ də laqeyd davranış sərgiləyirlər. Avropa İttifaqının, ABŞ-ın və Ermənistanın Brüsseldə bu ayın 5-ində keçirilən görüşü bir daha göstərir ki, Qərb eləcə də Avropa İttifaqı Cənubi Qafqazda sülhün təmin olunmasının deyil, münaqişələrin qızışdırılmasının tərəfdarıdır.

Sözsüz ki, bu yolda Ermənistan bir vasitədir və Ermənistan hakimiyyətindən Nikol Paşinyandan bu məqsədlərlə istifadə edilir, erməni xalqının gələcəyi həyatı üçün ciddi təhlükə yaradılır”-deyə deputat əlavə edib.

Deputatın sözlərinə görə, bu görüşlər istər burada qəbul olunan hansısa bir sənəd, Azərbaycanın gələcəyi üçün heç bir maneə yaratmır və yarada bilməz.

Azərbaycan prezidenti qətiyyətlə deyib və bu gün də bildirir ki, biz hər cür təxribatın qarşısını almağa qadirik. Prezident bildirib ki, Ermənistan rəhbərləri ağıllarını başlarına yığmalıdırlar. Düşünməlidirlər ki, sülh müqaviləsinin imzalanmasına və regionda sabitliyin yaradılmasına səy göstərməlidirlər.

Ona görə də Fransa kimi dövlətlərin çağırışlarına getmək və Qərbin yağlı dilinə və xəyali vədinə inanmaq, ErmənistanErmənistanda yaşayan xalqın gələcəyi üçün yaxşı heç nə bəxş edə bilməz.

Bir daha qeyd edirəm ki, bu bəyanatlar və çağırışlar dəfələrlə verildi. Ancaq Ermənistan dövləti bu çağırışlara məhəl qoymadığı üçün ağır məğlubiyyətə düçar edildi. Və təcavüzkarlarının ayaqları tamamilə Qarabağ torpaqlarından kəsildi”-deyən deputat əlavə edib ki, əgər yenidən erməni təcavüzkarları hansısa bir revanş götürməyə və müharibə etməyə cəhd göstərsələr, sözsüz ki, onların cavabı qətiyyətlə veriləcəkdir.

.

İradə Cəlil, dikGAZETE.com

(*) Hurşidbanu Natevan, (1832-1897, Şuşa) Azerbaycanlı şair. Azerbaycan kültür ve sosyal hayatında iz bırakmış bir kişidir. XIX. yüzyıl Azerbaycan’ında Fuzûlî mektebinin en tanınmış temsilcisi olarak kabul edilir. (Vikipedi)

Geçen Ocak ayında, Fransa’nın İsviçre sınırına yakın Evian-les-Bains kentindeki Azerbaycan Bahçesi'nde bulunan Natevan'ın heykeline zarar verilmesi, Fransa'da yaşayan Azerbaycanlılar tarafından protesto edilmişti. -dikGAZETE.com-

YAZARIN DİĞER YAZILARI