?>

Azərbaycanla İran münasibətləri də normallaşmalıdır

İradə Cəlil

9 ay önce

Azərbaycanla İran münasibətləri də normallaşmalıdır

BAKI, Azərbaycan

"Azərbaycanİran arasında münasibətlər Azərbaycan müstəqillik əldə etdikdən sonra və əslində rəvan sayıla bilməz. Azərbaycanın səyi nəticəsində, iki ölkə arasındakı münasibət normal sayılmalıdır.

90-cı illərin əvvəllərində erməni və havadarlarının Azərbaycan torpaqlarını ard-arda şəhərləri və kəndləri işğal etməsi fonunda İranın siyasəti heç də ürək açan olmayıb. Əksinə, bir çox məqamlarda biz İranın antiazərbaycan mövqeyini görmüşük"

Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin nəticəsində İranla olan münasibətlərdə bir çox məqamlara aydınlıq gətirilib və sonradan münasibətlər normal məcraya salınıb.

-Vüqar İskəndərov

Vüqar İskəndərov bildirib ki, Azərbaycan vətən müharibəsində qələbəsini əldə etdikdən sonra və ümumiyyətlə, suverenliyi bərpa etməklə bir çox dövlətləri və qüvvələri də narahat etməyə başladı.

“Çox təəssüf ki, bu müddətdə biz İranın mövqeyini tam anlamadıq. İran rəsmi mövqe olaraq, Azərbaycanın qələbəsini beynəlxalq hüquqla doğru saysa da, əks tərəfdən Ermənistana hər cür yardımlar göstərir, Ermənistanı özünün ən yaxın dost adlandırır, Zəngəzur dəhlizi məsələsində öz qırmızı cizgisini qoyur və s. Bütün baş verənlərin pik nöqtəsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun baş verməsi idi. Bundan sonra artıq münasibətlər tamamilə soyudu.

Azərbaycan təbii ki, haqlı olaraq öz səfirliyini geri çağırdı və səfirlik fəaliyyətini dayandırdı. Yalnız Təbrizdəki konsulluq vasitəsilə diplomatik münasibətlərin mövcud olması baş verdi. Təbii ki, uzun müddət keçməsindən baxmayaraq Azərbaycan İranın qarşısına həmin terrorun sifarişçilərinin aşkar olunması, təşkilatçısının ən ağır cəzaya məhkum edilməsi, münasibətlərin normallaşması üçün həmin addımların atılması məsələləri qoydu”-deyən deputat vurğulayıb ki, son zamanlar bu sahədə İran tərəfi də əməli addımlar atmağa başladı.

İran xarici işlər naziri səviyyəsində mütəmadi Azərbaycan xarici işlər nazirliyi ilə təmasların olması, prezidentlər arasında bir neçə dəfə telefon danışıqları, xarici işlər nazirləri səviyyəsində mütəmadi görüşlər və normallaşma prosesinin irəliləməsi hər iki nazirlərin dilindən səsləndirilməsi pozitiv notlarla xəbər verir.

Son günlərdə konkret olaraq, xarici işlər nazirliyi səviyyəsində yaxın zamanlarda Tehrandakı səfirliyimizin fəaliyyətə başlayacağı fikri ortaya atıldı. Təbii ki, bu fonda terrorçunun ölüm hökmünün verilməsi və bu cəzadan sonra Azərbaycan tərəfinin də səfirliyinin yenidən fəaliyyətinə müsbət baxması məsələsi gündəmə gəlir.

Hər birimiz istərdik ki, iki ölkə arasında münasibətlər normal olsun. İranAzərbaycan min illərdir bu ərazidə mövcud olub, normal qonşuluq səviyyəsində olub. Bizi bir çox mədəni dəyərlər və din faktoru birləşdirir”-deyən Vüqar İskəndərov əlavə edib ki, İran regionda vacib qonşu dövlətlərdən biridir. Ümumiyyətlə, bu ölkə ilə münasibətlərin tərəfdaşlıq səviyyəsində olması Azərbaycanın da marağındadır.

Deputatın fikrincə, burada İranın üzərinə də böyük vəzifələr düşür. Belə ki, İran da Azərbaycanın ona olan münasibətinə adekvat münasibət sərgiləməlidir.

“Qarşıdakı günlərdə biz bütün bunları görəcəyik. Tehranda Azərbaycan səfirliyinin işini bərpa etməsi və təbii olaraq, fəaliyyətə başlaması iki ölkə arasındakı münasibətlərin müsbət məcrada inkişafına təkan verən əsas amillərdən biri ola bilər”-deyə V. İskəndərov vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI