?>

Bundan sonra biz müdafiə sənayesinin inkişafında Türkiyənin və Azərbaycanın rolu haqqında eşidəcəyik

İradə Cəlil

8 ay önce

-Selçuk Bayraktar, İlham Əliyev, Heydər Əliyev

Bundan sonra biz müdafiə sənayesinin inkişafında Türkiyənin və Azərbaycanın rolu haqqında eşidəcəyik

BAKI, Azərbaycan

“Son zamanlar Azərbaycan-Türkiyə müdafiə sənayesinin iş birliyi haqqında çox danışmaq olar. Artıq ortaq müəssisələr, birgə istehsal planları üzrə çalışmalar icra olunub və sazişlər bağlanıb.

Azərbaycan-Türkiyə birgə məhsulları silah bazarında boşluq olduğu zaman və silah bazarına böyük ehtiyac olduğu zaman, iki qardaş ölkənin bu istiqamətdə münasibətlərinin inkişaf etdirilməsi müəyyən bir şəkildə bu istehsal beynəlxalq silah arenasında özünə məxsus yer tutacaq”.

Bu barədə ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert əlavə edib ki, müdafiə sənayesində istehsal edilən silah-sursatla bağlı hər il müəyyən sərgilər keçirilir. Bu sərgilərdə həm Azərbaycanın, həm də Türkiyənin pavilyonlarının sahəsi getdikcə artır.

-Şair Ramaldanov

Sərgilərə çıxarılan məhsulların çeşidləri ildən ilə artır, çoxalır. Bu da beynəlxalq silah bazarında AzərbaycanaTürkiyəyə diqqətin artırılması və yeni sazişlərin bağlanması ilə nəticələnir.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan-Türkiyə iş birliyi bütün sahələrdə olduğu kimi bu sahədə də böyük inkişafa səbəb olur. Bu inkişaf həm Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir edəcək bir mesajdır, həm də Turan aləminə bir mesajdır.

Şair Ramaldanovun fikrincə, bu səfər həm də, Turan aləminə türk dilli dövlətlərinə bir nümunədir:

"Bu nümunədən irəli gələrək, bundan sonra biz türk dilli dövlətlərin müdafiə sənayesinin inkişafında TürkiyəninAzərbaycanın rolu haqqında eşidəcəyik".

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgünün Azərbaycana səfəri öncədən planlanıb…

-Haluk Görgün

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər 1-2 aprel tarixlərində baş tutacaq. Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşü nəzərdə tutulub.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgünün Azərbaycana səfəri öncədən planlanıb. Səfər Azərbaycan-Türkiyə müdafiə sənayesinin planına uyğun olaraq və mövcud münasibətləri nəzərə alaraq, bu münasibətləri genişləndirmək müştərək fəaliyyət göstərmək məqsədilə həyata keçirilir. Eyni zamanda bu Azərbaycan prezidenti Cənab İlham Əliyevin Azərbaycanın müdafiə sənayesinin qarşısında qoyulan tapşırıqlardan da irəli gəlir.

Azərbaycan ordusunun Türkiyə modelinə uyğun qurulması istiqamətində işlərin yekunlaşmasına doğru gedir. Qardaş ölkənin hərbi və yaxud da müdafiə sənayelərin bir-birinə inteqrasiya və bu istiqamətdə də biri-birinə yaxınlığının əhəmiyyəti böyükdür, eyni zamanda iki qardaş ölkənin silahlı qüvvələri AzərbaycanTürkiyə müdafiə sənayesi məhsulları ilə təmin etmək məqsədi daşıyır.

Türkiyənin yüksək vəzifəli şəxsi, müdafiə sənayesinin rəhbərinin Azərbaycana gəlişi beynəlxalq səviyyədə olan mesajdır”-deyən hərbi ekspert bildirib ki, bu Türkiyə qardaş ölkə olaraq, Azərbaycanın yanında hər zaman olduğunu və Azərbaycanla öz işlərini daha da inkişaf etdirdiyini, Azərbaycanın düşmənlərinə və yaxud Azərbaycana təzyiq göstərmək istəyən qüvvələrə bir mesaj olaraq qalır.

Azərbaycan müdafiə sənayesi hal-hazırda ən müasir avadanlıqla təmin olunur. Azərbaycanın hərbi müdafiə sənayesində, istehsal olunan məhsullar həm daxili təlabat ödəyir. Həm də 20 ölkədən yuxarı ölkə ilə bizim müqaviləmiz var.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dediyi kimi artıq müdafiə sənayesi Azərbaycanın gəlir gətirən sənayesidir. Bunlar Azərbaycan Respublikası prezidentinin müdafiə sənayesinə və bu sahəyə olan diqqəti nəticəsindədir.

Prezident öz andiçmə mərasimində bu mövzu haqda bildirdi ki, büdcədən 1 milyard vəsait ayırması müdafiə sənayesinin inkişafında özəl sektorun da iştirak etməsi ilə bağlı fikirlərini söyləmişdi.

Özəl sektorun iştirakı ilə bağlı Türkiyədə çox böyük təcrübə var. Orada məhsulların istehsalında özəl sektor aktiv iştirak edir. Özəl sektorun müdafiə sənayesində iştirakı və investisiya qoyması nəticəsində, Türkiyənin müdafiə sənayesi qısa bir zamanda çox böyük inkişaf əldə edib”-deyən Şair Ramaldanov bildirib ki, bu baxımdan da Azərbaycan üçün Türkiyə müdafiə sənayesi idarəsinin rəhbərinin gəlməsi və burada Türkiyədə olan Türkiyə müdafiə sənayesinin özəl sektorunun iş prinsipləri və təcrübəsini Azərbaycanla bölüşməsi ciddi əhəmiyyət daşıyır.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI