?>

Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması Türk Dövlətləri Birliyinin möhkəmlənməsinə xidmət edir

İradə Cəlil

9 ay önce

Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması Türk Dövlətləri Birliyinin möhkəmlənməsinə xidmət edir

BAKI, Azərbaycan

Prezident İlham Əliyev yenidən prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi, ölkələrimiz arasındakı münasibətlərdə yüksək qardaşlığığın və dostluğun göstəricisidir.

44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalından azad edilməsində Prezident Ərdoğanın dediyi "biz hər cür dəstəklə can Azərbaycanın yanındayıq" ifadəsi, bizə böyük siyasi və mənəvi güc verdi və haqq işimizi qısa bir zamanda həyata keçirməyimizə dəstək oldu.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra Türkiyənin yanımızda olması, ermənilərin viran qoyduğu ərazilərdə yenidən qurma və bərpa işlərini yüksək səviyyədə görməyimizə və yurdundan didərgin salınmış məcburi köçkünləri öz ata yurdlarına qaytarılmasında Azərbaycana yeni güc verir”.

Bu barədə Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayıb Ərdoğanın Şuşaya səfəri və dövlətlərimiz arasında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətləri yeni müstəviyə qaldırmışdır.

Belə ki, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığımız daha da genişlənir. Bu baxımdan ölkələrimiz arasında ticarət dövriyyəsi qısa zaman kəsiyində 7,5 milyard dollara yüksəlmiş və yaxın perspektivdə bu göstəricini 15 milyard dollara çatdırımağı planlaşdırılıb.

-Azər Badamov

“O cümlədən, hərbi sahədə əməkdaşlığımız genişlənir. Azərbaycan ordusu, Türk ordusu modelinə keçidini etmişdir. Keçən ilin sentaybrında Qarabağda keçirdiyimiz lokal xarakterli antiterror tədbirlərinin 23 saata başa çatması ordumuzun Türk modelinə uyğunlaşması sahəsində nail olunmuşdur.

Hər il AzərbaycanTürkiyə hərbi sahədə ən azı 10 təlim keçirir və hərbiçilərin peşəkarlığı artırılır. Hərbi sənayesinin inkişaf etdirilməsi qarşıda dayanan məsələlərdən biridir.

Belə ki, Türkiyə ilə birgə Azərbaycanda müasir "ağıllı" silahlar istehsal olunmaqdadır. Bu həm ordumuzun gücünü artıracaq, həm də ixrac potensialımızı şaxələndirəcəkdir”-deyən deputat əlavə edib ki, humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi qarşımızda dayanan əsas vəzifələrdəndir.

Deputat hesab edir ki, dövlət başçımızın Türkiyəyə səfəri çərçivəsində Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı imzalanmış Anlaşma Memorandumu təhsil sahəsində əməkdaşlığımızı genişləndirəcək.

Yaradılacaq birgə universitetdə müasir günün tələblərinə cavab verən yeni ixtisaslar tədris olunacaq və mütəxəsislər hazırlanacaq. Bu qərar təkcə təhsil deyil, həm də birliyimizin rəmzi olacaq.

Deputatın fikrincə, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması Türk Dövlətləri Birliyinin möhkəmlənməsinə xidmət edir.

“Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Türk Dövlətləri Birliyi bizim ailəmizdir, bizi başqa yerdə gözləmirlər". Bu cümlə, Türk dünyasına önəmli bir mesajdır.

Bu, o deməkdir ki, böyük bir coğrafiyada yerləşən Türk dünyası bu gün ədalətsizliklərin hökm sürdüyü dünyada yeni bir iqtisadi, hərbi və siyasi gücdür. Ümumiyyətlə, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı "Avro-Asiya" regionuna sülh, əməkdaşlıq, inkişaf və təhlükəsizlik gətirir”-deyə deputat vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

 

YAZARIN DİĞER YAZILARI