?>

Navalni də ‘öldürüldü’ və ya öldü. Rusiyada əvvəllər də belə hadisələr olub…

İradə Cəlil

9 ay önce

Navalni də "öldürüldü" və ya öldü. Rusiyada əvvəllər də belə hadisələr olub…

BAKI, Azərbaycan

Aleksey Navalnının ölümündən üç gün keçir. Rəsmi məlumata görə, Navalnı fevralın 16-da ölüb. Navalnının "qəfil" ölümü əslində Rusiya cəmiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Politoloq Turab Rzayev qeyd edib ki, əslində Rusiyada elə ciddi müxalif lider yox idi.

-Turab Rzayev

"Rusiyada demək olar ki, ciddi müxalifət heç vaxt olmayıb. Rusiyada elita daxilində fərdi qruplaşmalar olub. Fərqli parçalanmalar olub, onların dəstəklədiyi namizədlər olub. Hətta vaxtı ilə “Kommunist” partiyası Zqanovun rəhbərliyi altında 30-40 faizə yaxın səs toplayırdı.

Həmin dövrdə belə bu partiyaların və onların rəhbərlərinin fərqli dövlət qurumlarını dəstəklədiyi ilə bağlı iddialar var idi. Və ya JirinovskininDemokratik” partiyası 10-12 faiz səs toplayırdı. Putin çox sərt tənqid edilirdi.

Bəzən onun da dövlətə bağlılığı ilə əlaqəli fərqli iddialar səsləndirilirdi. Ona görə Rusiya daxilində bu cür partiyaların sərbəst olmadığı ilə bağlı çoxdan fikirləri var.

Rusiyada hər zaman belə fərqli müxalif fəallar olub. Nemtsov kimi fəallar öldürülüb. Navalni də "öldürüldü" və ya öldü. Rusiyada əvvəllər də belə hadisələr olub. Amma Rusiyada müxalifət sistem daxilindədir, heç bir zaman sistem xaricində olmayıb.

Məsələn, hər zaman ordu kəşfiyyatı və KQB arasında daxili çəkişmə olub"-deyən politoloq hesab edir ki, Rusiyada heç bir zaman kənar müxalifət güclü olmayıb.

Navalnı hətta yaşasaydı belə, onu tək milyonlarla tərəfdarını küçəyə tökməyə imkanları yox idi.

Sadəcə olaraq, korrupsiya ilə bağlı araşdırmalar aparmışdı. Və deyək ki, on minlərlə və ya yüzminlərlə dəstəkçisi olub”-deyən politoloq Rusiyada yeni müxalif fiqurun formalaşacağını da düşünmür.

Ola bilər ki, yeni müxalif fiqur Rusiyada daxili qruplaşmalar və yaxud Qərb tərəfindən dəstəklənər və mövcud hakimiyyət də ona hansısa şəkildə şərait yaradar.

Bu halda, Rusiyada yeni müxalif liderin formalaşması mümkün ola bilər.

.

İradə Cəlil, dikGAZETE.com

-Navalnıy

YAZARIN DİĞER YAZILARI