?>

Gürcüstan əhalisi Avropa İttifaqına namizəd olmağını bayram kimi qəbul edir… Ancaq…

İradə Cəlil

11 ay önce

Gürcüstan əhalisi Avropa İttifaqına namizəd olmağını bayram kimi qəbul edir… Ancaq…

BAKI, Azərbaycan

Bir neçə gün əvvəl Gürcüstan Avropa İttifaqına (Aİ) namizədlik statusu qazanıb.

Bu barədə Komissyasının prezidenti Ursula von Der Leyen bildirib ki, UkraynaMoldova ilə üzvlük danışıqlarına başlamağa və Gürcüstana namizəd statusu vermək qərarına gəlib.

O, həmçinin bildirib ki, bu addım “strateji” bir qərardır.

Politoloq Elşad Həsənov bildirib ki, Gürcüstan əhalisini bu xəbər çox sevinirlər.

-Elşad Həsənov

“Qeyd edilir ki, onların pensiyaları və işyerlərində maaşlar artacaq, böyük iş yerləri yaradılacaq. Gürcüstan əhalisi Avropa İttifaqına namizəd olmağını bayram kimi qəbul edir. Ukrayna ilə bu barədə danışıqlar gedir və bu da yəqin ki, həll olunacaq. Ancaq Ukraynaın -yə qəbul edilməsini istəməyən qüvvələr var. Putinin sözçüsü Peskov məsələni uzatmadı, dərhal bildirdi ki, UkraynanınMoldavanın Avropa İttifaqına keçməsi Rusiyadan asılıdır. Bu sözün böyük mənası var”-deyə Elşad Həsənov bildirib.

Politoloq hesab edir ki, Gürcüstanın Qərbə yaxınlaşmasını Rusiya istəmir.

Hələ Mixail Saakaşvili dövründə 2008-ci ildə Rusiya qoşunlarını yeritdi, sonra dünya liderlərinin və Qərbin "istəyi" ilə öz qoşunlarını Gürcüstandan çəkdi. Ancaq Cənubi Osetiyanı, Abxaziyanı işğal etdi.

Bu gün də həmin işğal davam edir.

Rusiyanın Ukraynaya müharibəsi ilə məşğuldur və ağır döyüşlər gedir. Avropanın kəşfiyyat orqanlarının bildirdiyinə görə, Rusiya Ukraynada 375 mindən artıq əsgər və zabitini itirib. Eyni zamanda çox sayda hərbi sursat tank və təyyarə itkilərinə məruz qalıb.

Yəni Rusiya çox zəifləyib. Ancaq buna baxmayaraq, Rusiya öz inadından dönmür müharibəni davam etdirir. Hətta Putinin dekabrın 14-də “biz öz məqsədlərimizə çatana qədər müharibə davam edəcək” deyə bildirdi. Demilitarizasiyadan danışdı. Putin öz planlarından əl çəkməyəcəyini və əlavə olaraq, Ukraynanın bir neçə bölgəsini işğal edəcəklərini açıq-aşkar bildirdi. Bu, Rusiyanın Ukrayna ilə bağlı apardığı mövcud siyasətdir”-deyə Elşad Həsənov əlavə edib.

Politloqun fikrincə, Rusiya Gürcüstanın Avropa İttifaqına üzvlüyü məsələsinə ağrılı yanaşır, bunu istəmir.

Bu səbəbdən də, yeni təxribatlar gözlənilir.

Bu gün Rusiyanın Gürcüstana qoşun yeritməsi də gözlənilməsə də, təxribatlar davam edəcək. Çünki Rusiya istəmir ki, onun sərhədlərinin yaxınlığında Avropa İttifaqına və gələcəkdə NATO-ya üzvlüyə addım atan ölkələr olsun. Rusiya bunu "milli" çərçivədə təhdid kimi qiymətləndirir.

Politoloqun fikrincə, bu məsələlər gələcəkdə vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq.

.

İradə Cəlil, dikGAZETE.com

-Avrupa Birliği, Gürcistan'a adaylık statüsü verdi

https://www.dikgazete.com/haber/avrupa-birligi-gurcistana-adaylik-statusu-verdi-866504.html

YAZARIN DİĞER YAZILARI