?>

İsrail - Həmas: Bu müharibənin alovlanması bir sıra siyasi məqsədlərə çatmaq üçün atılan addımlardır

İradə Cəlil

1 yıl önce

BAKI, Azərbaycan

ABŞ prezidenti Yaxın Şərqdəki hadisələri şərh edərkən qeyd edib ki, “hələ müharibəni dayandırmaın vaxtı deyil”.

Yəni görünən odur ki, Fransa, ABŞ, ümmiyyətlə Qərbin əsas məqsədi milyonlarla insanların həyatını itirdiyi müharibələri dayandırmaq deyil, daha da alovlandırmaqdır.

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Qərbin əsas məqsədi ərəb dövlətlərinin bir yerdə olmaması, onların birləşməsinin qarşısının alınmasıdır.

Müharibə başlamamışdan da öncə İsrail və bir sıra ərəb dövlətləri arasında iki tərəfli əlaqələr bərpa olunmuş, Səudiyyə Ərabistanı ilə müvafiq müqavilənin imzalanması istiqamətində danışıqlar gedirdi.

Əgər Səudiyyə Ərəbistanı ilə müqavilə imzalansaydı, məlum məsələ idi ki, ərəb dünyası ilə İsrail arasında sülhün bərqərar olması istiqamətində addımlar atılmalı idi.

Bunun qarşısını almaq üçün Amerika Birləşmiş Ştatları və digər dövlətlər “Həmas” vasitəsi ilə bu prosesləri yubatmağa çalışdılar.

-Arzu Nağıyev

Arzu Nağıyev qeyd edib ki, burada söhbət dəqiq olaraq verilən tapşırıqdan getmir.

Bu ölkələr dolayı yolla olsa da, müharibəni yenidən alovlandırdılar. ABŞ, Böyük Britaniya, Fransanın dövlət başçılarının və səlahiyyətlilərinin İsrailə gələrək, İsrail rəhbərliyi ilə görüşlər keçirməsi də sübut edir ki, hər bir dövlətin bu proseslərdə öz marağı var.

“Məsələn, Amerika Birləşmiş Ştatlarının seçki marağı və Fransanın da ərəb dövlətləri ilə bağlı başqa maraqları var.

Böyük Britaniyanın öz xüsusi maraqları var. Qeyd edilməlidir ki, bu dövlətlərin ərazisində çox saylı ərəb diasporası mövcuddur.

Söhbət Fələstinlə müharibədən getmir. Söhbət “Həmas”dan gedir.

Onlar guya terrorla mübarizə aparmaq üçün səfərbər olmaq məqsədi ilə yürüdürlər.

Məlumdur ki, ərəb dövlətlərindən sərhəddə olan istər Suriya, istər İordaniya, istər Misir, istər Livan olsun, əgər quru qoşunlar hücuma başlasalar bu əməliyyat çox ciddi fəsadlar verəcək”-deyə deputat əlavə edib.

Deputat hesab edir ki, ərəb dövlətlərinin hansısa birinin ərazisin atılan bir mərmi də yeni bir müharibənin alovlanmasına gətirib çıxaracaq.

Suriyada da qarşıdurmaya çevrilə bilər. Orada Amerikanın, TürkiyəninRusiyanın da öz maraqları var.

Yəni bu müharibənin alovlanması bir sıra siyasi məqsədlərə çatmaq üçün atılan addımlardır.

“Yəni bu gün İsrail quru əməliyatlarına başlasa, bunun hansı fəsadlar verəcəyi məlumdur. Çünki onlar bilir ki, Qəzzanın altı böyük bir şəhərdir. Orada böyük anbarlar, silahlar var.

Bütün bu proseslər acınacaqlı nəticə verə bilər. Və bütün ərəb dünyası bu işdə İsrailin əleyhinə qalxa bilər”-deyən deputat hesab edir ki, əsas məqsəd ABŞ-dakı seçkilərə qədər, bu və ya digər istiqamətdə bu proseslərdən çox ciddi istifadə etməkdir.

Ortada dinc əhalinin həlak olmasından, ölməsindən söhbət gedir. Bu, çox acınacaqlı bir məsələdir.

BMT səviyəsində bu məsələyə reaksiya verildi. BMT-nin Baş katibi Antonio Quterreşin son çıxışı İsraildən dərhal müharibənin dayandırmasını və humanitar məsələlərin həlli istiqamətində addımların atılmasını istədi.

BMT-də çıxış edən İsrailin xarici işlər naziri Quterreşi istefaya çağırdı. Yəni bu da müharibənin genişlənməsinə işarədir.

Deputat hesab edir ki, burada hər bir dövlətin öz maraqları var. Qərbin marağı, həm terror təşkilatlarından istifadə və istifadə etməklə İsrailə dəstək göstərmək deyil.

Eyni zamanda bu müharibənin uzadılması üçün İsrailə hər tərəfli yardım edilməsindən gedir.

İsrail də, bütün dövlətlər də bunu başa düşür. Bu səbəbdən də, koalisiya dövlətinin yaranması və müxtəlif mitinqlərin keçirilməsi gözləniləndir.

Son vaxtlar istər ABŞ, istər Qərb dövlətlərində Fələstinə dəstək kampaniyası çox ciddi vüsət alıb. Bunların da hamısı həmin o siyasətçilərin gələcək siyasi karyeralarına təsir edən ən ciddi amil ola bilər”-deyə deputat vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI