-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Azərbaycan
BAKI, Azərbaycan
Avropa Şurası Parlament Assamblyasının növbəti sessiyasında Azərbaycan və Türkiyə əleyhinə qərarlar qəbul edilib.
Nümayəndə heyətinin üzvü Armen Gevorkyan təklif edib ki, Türkiyə və Azərbaycan AŞ PA-dan xaric edilsin.
“Sözlərimi ümumiləşdirmək üçün qeyd etmək istərdim ki, Azərbaycan və Türkiyənin Avropa Şurasında bundan sonra da cəzasız qalması bu təşkilatın ideoloji ölümü ilə nəticələnəcək”- deyə o əlavə edib.
Politoloq Nazim Cəfərsoy açıqlamasında bildirib ki, əslində Avropa Parlament Assambleyasının Türkiyə və ümumi proseslərlə bağlı, belə qərarları çoxdur.
-Nazim Cəfərsoy
“Amma bunlar Azərbaycan və Türkiyə mövzusunda real nəticəsi olmayacaq, geosiyasi məsələlərdir. Avropa Parlamentində hər cür ölkədən hər cür siyasi görüş var.
Bunlar içərisində Azərbaycan və Türkiyəyə müxtəlif motivlərdən neqativ münasibət bəsləyənlər var. Bəziləri erməni motivi, bəziləri siyasi sistem, bəzisi xristian təfəkkürü, bəzisi başqa motivlərlə Azərbaycana və Türkiyəyə qarşı neqativlər fikirləri hər fürsətdə dilə gətirirlər”- deyə Cəfərsoy bildirib.
O qeyd edir ki, indi də son proseslərdə bu neqativlər dilə gətirilir. Ermənistan nümayəndə heyətinin bu açıqlamaları da reallığı əks etdirməyən və pratikada nəticəsi olmayacaq açıqlamalardır.
“Yəni belə bir qərarı Avropa Parlamentinin ala biləcəyini düşünmürəm. Belə qərarların alınmasının Avropaya da faydası olmaz. Azərbaycan və Türkiyə üçün də o qədər böyük dramatik nəticələri olmaz”-deyə N. Cəfərsoy bildirib.
.
İradə Cəlil, dikGAZETE.com