?>

Mən sənsiz necə yaşayacağam?!

İradə Cəlil

5 yıl önce

-15 iyul/Temmuz Şəhidleri əziz xatırası üçün!..-

İnsan itirmək çətindir. 

Ata, həyat yoldaşı, qardaş, ana… 

Kim olursa olsun, itirmək çətindir. 

Onun yoxluğuna alışmaq, onunla yaşadığın ömrün sona çatdığını anlamaq, onu bir daha heç vaxt görməyəcəyini bilmək, onsuz həyatı qəbul etmək çətindir…

Yoxdur O!..

Gözlərin önündən xəyalları getmir… Gülüşləri, səsi, baxışları, qoxusu, səni oxşayan əlləri, əzizləməsi, ürəyin sıxılanda sığındığın sinəsi.

Qucaqlayıb onu sənə verdiyi üçün Tanrıya dönə-dönə şükr etdiyin günləri salırsan yada. 

Mən sənsiz necə yaşayacağam?! 

Sual verirsən daima danışdığın xəyalına.

Sonra hönkürürsən, qışqırırsan:

"İlahi mən onsuz necə yaşayacağam?”. 

Başını divarlara vurmağın gəlir, onsuz ölməyin gəlir, nəfəsin kəsilir.

Qəhər ilişib qalır boğazında. 

Hər nəfəsində burnun dirəyi sızıldayır, göz yaşların süzülür yanaqların boyu. 

Aynaya baxırsan, "Allahım, bu dərdin adı nədir?" deyirsən. 

Mən onsuz yaşaya biləcəyimmi?

Mən onu hiss etmədən nəfəs ala biləcəyəmmi?

Yox, bitdi.

Danışdığın sözlər, axıtdığın göz yaşlar… 

Bir də dilinə gətirib deyə bimədiyin, baxışlarından oxunan, ürəyində düyünlənib qalan fikirlərində…

Onu əbədi olaraq dəfn edirsən. 

Bitti.

Mən onsuz necə yaşayacağam Allahım?!

Şəhid ailəsində olmaq da, şəhid anası ilə danışmaq da çox böyük mənəvi güc tələb edir. 

Bu da bir insan taleyidir. Nisgil dolu, qəm dolu, gözyaşı dolu.

.

İradə Cəlil, dikGAZETE.com

Twitter'da bizi takip edin: @IradeHS , @dikgazete

YAZARIN DİĞER YAZILARI