?>

İntihar bütün cəmiyyətin günahıdır! Səbrin sonudur; bədənin deyil, ruhun çöküşüdür...

İradə Cəlil

5 yıl önce

BAKI, Azərbaycan

-Hər intiharda bizim də payımız var...-

Dünyada hər 42 saniyədə min (1.000) nəfər intihara cəhd edir. 

Hər 3 nəfərdən biri bu riski daşıyır. 

Yaşamaq, bacarmaq, mübarizə aparmaq var ikən nədən insanlar ölümə can atır? 

Heç bunu düşündünüzmü? 

Yoxsa siz də hamı kimi “İntihar günahdır” deyə öləni günahkar çıxardınız?

İntihara cəhd edən insan bitmiş insandır. 

Alman psixoloqu Erik Fromma görə, intihar insanın daxilində yaşamağa və ölümə olan sevginin mübarizəsinin nəticəsidir.

İnsan ruhən çökübsə, ölümü daha çox sevir.

İnsan bəzən özünü tənha, kimsəsiz, dəyərsiz, lazımsız hiss edir. 

Ona elə gəlir ki, yaşadığı həyat mənasızdır. 

Kimsə onu sevmir, kimsəyə gərəkli deyil. 

Boğulur. 

Belə anlarda yox olmaq keçir içindən. 

Yox olmaq, gözlərini yumub, başqa aləmdə olmaq, heç nə hiss etməmək, heç nə görməmək. 

Bu hisslər arzuların bitdiyi, ümidlərin söndüyü zaman yaranır. 

Sənə elə gəlir ki, bu dünyadan əl çəkib getsən, hər şey bitəcək. 

Bəzən səni sevməyən sevdiklərinə əzab vermək adına, bəzən uğursuzluqlardan bezib intihara əl atır insan. 

Elə düşünür ki, bu dünyadan getsə, hər şey qaydasına düşəcək. 

Bəzən isə özündən intiqam almaq istəyir. 

Ağrı çəkmək, əzilmək, döyülmək, yox olmaq... 

Çox zaman intihara əl atanları qınayırıq. 

Bəzilərimiz “Allah qarşısında günahdır, günahkar olaraq öldü”, bəzilərimiz “aciz idi, gücü çatmadı yaşamağa”, bəzilərimiz “ruhi xəstə idi, nə etdiyini bilmirdi” deyib, intihar edəni suçlayır, günahkar çıxarırıq. 

İnsanları günahkar çıxarmaq o qədər asandır ki. 

Çünki heç kim kimsənin yerində olub, onun nə düşündüyünü, nə hiss etdiyini bilmir. 

Oysa, intihar səbrin sonudur. 

Bitdisə bitir, hər şey onunla bitir. 

Son zamanlar gənclər intihara daha çox meyl edir. 

Biri sevgi uğunda, biri din yolunda, digəri maddi-sosial problemlərdən bezdiyi üçün, bir başqası cəmiyyətin qınağına dözə bilmədiyinə görə, biri aldadıldığına, digəri tərk edildiyinə görə.

İntihardan sonra yüzlərlə səbəb çıxır ortaya. 

Bütün səbəblər öləni günahlandırmaq, əslində isə məsuliyyətdən qaçmaq üçün uydurulur. 

İntihar bədənin deyil, ruhun çöküşüdür.

Ruh yorulur o bədəni daşımaqdan... 

Amerikalı psixiatr Karl Meningerə görə, intihar etməyə hazırlaşan insan ölümə müxtəlif aspektlərdən yanaşır. Əvvəlcə öldürmək istəyi, daha sonra öldürülmək və sonda isə ölmək istəyi doğur insanın daxilində.

İntihardan əvvəl adamda öldürmə istəyi yaranır. Bu hiss başqasına və ya özünə yönəlir. Və insan özünü öldürməyə cəhd edir. 

Meningerə görə, intiharı bacaran insan həqiqətən ölməyi istəyən insandır. 

Cəhd edənlərin əksəriyyəti isə ətrafdakıların diqqətini qazanmağa çalışır ki, 'mən bunu edə bilərəm'.

Nə qədər acınacaqlı olsa da, bu gün ətrafımız intihara cəhd edənlərlə doludur. Amma çoxumuz onlara dırnaqarası yanaşır, hətta lağa qoyub, ələ salırıq. 

Əslində bir insanın intiharı bütün cəmiyyətin günahıdır. 

Hər bir insanın ölümündə bizim də günah payımız var. 

Çox məsuliyyətsizdüşüncəsiz insanlarıq, dinləyə bilmirik, başa düşmək istəmirik. 

Unuduruq ki, bu gün intihar edən o qızın, o gəncin yerində bizim yaxınlarımız ola bilər. 

Unuduruq

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI