?>

İntihar hadisəsi insanlığın yaşı qədər qədimdir

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

Elə sürətlə hərəkət edən bir dünyada yaşayırıq ki, hər dəqiqə yeni məlumatlar ortaya çıxır, hər an yeni hadisələr baş verir.

Bir neçə dəqiqə əvvəl öyrəndiyimiz, əldə etdiyimiz yeni məlumatlar bir anda “köhnəlmiş” olur.

Hal belə olunca da bəzi həyati mövzular gözdən, könüldən, diqqətdən kənarda qalır.

Son illər Azərbaycanda baş verən hadisələrdən və eyni zamanda cəmiyyətimiz üçün çox vacib sayılan, ancaq diqqətdən kənarda qalan məsələlərdən biri də intihar hadisələridir.

İntihar edənlərin sayı illərdir durmadan artır.

Mövzunun aktuallığını nəzərə alaraq intihar məfhumunun nə olduğu, tarixi haqqında qısa məlumat verib, intiharın səbəblərimüxtəlif inanc sistemlərində intihara necə baxıldığını Kırıkkale Universitetində İslami Elmlər Fakültəsinin müəllimi, professor Şahin Əhmədoğlu izah edib.

-Professor Şahin Əhmədoğlu-

“İntihar sözü dilimizə ərəbcədən keçib. Mənası “özünü öldürmək”, “özünə qəsd etmək” deməkdir. İntiharın “qurban etmək” mənası da vardır.

İngilisfransız dillərində “Suicide”, alman dilində isə “Selbstmord” kimi ifadə edilir. Yapon dilində intihar “harakiri” adlanır.

Orta əsrlərdə latıncaSui Homicida”və yaxud “Sui İpisus Homicidum” ifadələri intihar yerinə istifadə edilirdi.

Bu ifadələr də “özünü öldürmək”, “qəsd etmək” mənasındadır. “Suicidum” kəlməsini fransızcada XVIII əsrdə ilk dəfə istifadə edən Abbe Desfotainesdir.

İntihar hadisəsi insanlığın yaşı qədər qədimdir. Qədim zamanlardan indiyə qədər həyatından məmnun olmayan, çətin və çıxılmaz vəziyyətə düşənlərin həyatlarına qəsd etdikləri haqqında məlumatlar var.

Elm adamları intiharın səbəbləri haqqında müxtəlif nəzəriyyələr irəli sürürlər. Bu hadisənin mənəvi səbəbləri olduğu kimi, maddi və fiziki səbəblərinin də olduğu bilinir” - deyə Şahin Əhmədoğlu qeyd edib.

Professor bildirib ki, ümumiləşdirdikdə intiharın iki cəhəti var:

- Birincisi, çətinliklərin öhdəsindən gəlməyərək gücün tükənməsi və yaşamaq haqqında hər hansı planı, programı, həvəsi, yaşam eşqi və məqsədi olmayanların əl atdığı bir hadisə kimi xarakterizə edilən intıhar. Burada özünü cəzalandırmaq vardır.

- İkincisində də özünə qəsd edən şəxsin, bu davranışıyla həm özünü, həm də ətrafı cəzalandırmaq məqsədini güdməsidir. Yəni özünə qəsd edənin hədəflərindən biri də ətrafdan və cəmiyyətdən intiqam almaqdır.

“Müxtəlif inanc sistemlərində intihara qarşı münasibət çox sərtdir. Demək olar ki, bütün inanclar intihara şiddətlə qarşı çıxır, bunun böyük və bağışlanılmaz bir günah olduğunu ifadə edirlər.

Tək Tanrıya inanan bütün dinlərdə də intihar qadağan edilib. Məsələn yəhudilik, intiharı günah olaraq qəbul edir. Belə ki, yəhudiliyə görə can o qədər qiymətlidir ki, bir şəxsin özünə qəsd etməsi Tanrıya qarşı işlənmiş günah sayılır. Əgər bir şəxs intihar edərsə, onun üçün dini mərasim keçirilməz, cənazəsi dəfn edilməz və yas saxlanmaz.

Xristianlıqda da intihar qadağandır. Xristianlığın ilk dövrlərində intihar edən adamın ailəsinin bir çox hüquqları əlindən alınır, hətta zülmə məruz qalırdılar” - deyən professor bildirib ki, İslam dini də intiharı qətiyyətlə qadağan edir. Çünkü islamda can Allahın bizə əmanəti kimi qəbul edilir.

“Əgər özünü öldürərsənsə, əmanətə xəyanət etmiş olarsan. Quran-ı KərimNisa surəsinin 29-cu ayəsində “öz canınıza qəsd etməyin” buyurulur. Çətinliyə, dara düşənlərə də Allahın mərhəmətindən ümid kəsməmələri tövsiyyə edilir. (Bax. Yusuf 12/87; Zümər 39/53).

Son vaxtlar intihar hadisələri kamikadze qisminə müəyyən bir kütləni, qrupu, dinc insanları yox etmək şəklində özünü göstərir.

Məsum insanları intihar edərək öldürmək cinayətdir. İslam bunu heç vaxt qəbul etməyib. Ancaq, təəssüf ki, bəziləri öz mənfur əməllərini həyata keçirmək üçün gəncləri yanlış istiqamətə aparır və çox sayda məsum insanların ölməsinə səbəb olurlar.

Dunyaya gəlmək bizə bağlı olmasa da, dünyadan necə gedəcəyimiz az, ya da çox bizə bağlıdır.

Həyat, dünya hər şeyə rəğmən yaşamağa dəyər. Həyatı bizə kim verdisə, o da almalıdır” - deyə professor vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda diqqəti çəkən bir xüsus da intihar hadisələrinin qadınlar arasında çox yayılmış olmasıdır:

“Bu da o deməkdir ki, qadınları qoruya bilməyən bir cəmiyyət halını alırıq. Vəziyyətin heç ürəkaçan olmadığını deyə bilərik.

İntihar hadisələri ciddi şəkildə araşdırılmalı, mütəxəssislər tərəfindən elmi, məntiqi izahı verilməlidir. Bu məsələnin psixoloqpsixiatrlar tərəfindən ciddi nəzarətə götürülməsi lazımdır.

Dövlət də məsələni nəzarətdə saxlamalı, xüsusi komissiya qurulmalı, mütəxəssislər bu məsələyə cəlb edilməlidirlər. Yoxsa gələcəkdə bunun qarşısını almaq mümkün olmayacaq.

İndi fərdi şəkildə olan intiharlar irəlidə qrup şəkilində də özünü göstərə bilər. Bunun dünyada nümunələri çoxdur.

Digər tərəfdən insanların din haqqındakı məlumatlarının əksik olduğunu burada xüsusilə vurğulamaq istəyirəm.

Yuxarıda ifadə etdiyimiz kimi islam dinində insanın həyatı və yaşamı birinci dərəcəli əhəmiyyət daşıyır.

Səmimi inanan insanın intihar etməsi imkansızdır. Çünki inanan insan bilir ki, bu həyat ona müvəqqəti əmanət olaraq verilib.

Həyatda yaşadıqlarımızın hamısının imtahan olaraq qəbul edilməsi insanı rahatladan faktorlardandır. İntihar aydınlığı, ışığı tərk etmək, qaranlığa, heçliyə addım atmaqdır”.

P.S. İntihar, əslində gücsüzlükdür. İntihar şərə boyun əyməkdir, intihar yenilməkdir.

Nə baş verirsə, baş versin insan bu çarəsizliyə düşməməlidir.

Tərk edilmək, aldadılmaq, aşağılanmaq nə olursa olsun, bir hədəfə bağlanıb ayaqda qalmaqdır əsas olan.

Bu mənada professorun fikirlərinə qatılmamaq mümkün deyil.

Biz qadınları qorumayan bir cəmiyyət halını almışıq, artıq professor…

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI