?>

Frank Huqerbets: Gec və ya tez bu bölgədə 7,5 bal gücündə zəlzələ olacaq…

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

-Avstriya alimi Türkiyə zəlzələsini əvvəlcədən necə proqnoz edib...

Bu günlərdə Türkiyədə sosial şəbəkələrdə Frenk Huqerbet adlı seysmoloqun adı müzakirə mövzusuna çevrilib. 

Hamı onu “zəlzələ kahini” adlandırır. Əslində Frenk Huqerbet Kahramanmaraşda baş verən zəlzələdən sonra sosial medianın gündəminə gəlməyə başlayıb. Belə ki, Kahramanmaraşda baş verən zəlzələni günlər əvvəl proqnozlaşdıran Frenk Huqerbet fevralın 3-də sosial media hesabında "Gec və ya tez bu bölgədə (Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 bal gücündə zəlzələ olacaq" deyə paylaşım edib.

"Ən yaxşı Avstraliya astronomları" siyahısında olan Frank Huqerbets 2002-ci ildə zəlzələlər haqqında Ditrianum saytını qurub. 

-Frenk Huqerbets

Uşaqlıqdan günəş sistemi və planetlərə böyük maraq göstərən Frenk Huqerbets 2015-ci il aprelin 20-də sosial şəbəkədə ilk ictimai zəlzələ proqnozunu vermiş və bunun müəyyən planetar mövqelərə görə aprelin 22-dən aprelin 27-dək kritik olacağını bildirmişdi. 

Bu proqnozdan sonra 25 aprel 2015-ci ildə Nepalda 7,8 bal gücündə zəlzələ baş verdi.

Amma bu dəfə Frenk Huqerbets zəlzələnin dəqiq tarix aralığını açıqlamamışdı. 

Məsələ ondadır ki, Türkiyənin özündə də tez-gec bu ərazidə zəlzələ olacağı deyilirdi. 

Yəni bu ərazidə yeraltı lövhələrin sıxışdığı çoxdan bəlli idi. 

O üzdən bir çoxları Frenk Huqerbetsin bu proqnozu təsadüfən 3 gün əvvəl açıqladığ düşünülür. Çünki Frenk Huqerbets zəlzələnin yaxın günlərdə baş verəcəyi barədə heç nə deməyib.

Zəlzələni öncədən bilmək mümkündürmü?

Alimlərin, məsul qurum və təşkilatların əvvəlcədən müəyyən edilmiş etik qaydalardan asılı olmayaraq, elmi qəbul olunmayan yanaşma və metodlarla verdiyi zəlzələ proqnozları cəmiyyətdə böyük sosial, iqtisadi və psixoloji problemlər yaradır. 

İstər Türkiyədə, istərsə də dünyanın digər inkişaf etməmiş ölkələrində bu problemlərin çoxlu nümunələri var. 

Demək olar ki, hər böyük-kiçik zəlzələdən sonra Türkiyədə akademik karyerası olan bir çox insan, mütəxəssis olmasa belə, heç bir fakta əsaslanmadan gələcəklə bağlı proqnozlar verirlər.

Mütəxəssislərin fikrincə, zəlzələnin proqnozlaşdırılması müəyyən zaman intervalında müəyyən bölgədə müəyyən maqnitudalı zəlzələnin baş vermə ehtimalının elmi olaraq qəbul edilmiş yanaşma və üsullarla müəyyən edilməsi prosesidir. 

Zəlzələ proqnozları deterministik üsullarla əldə edilir və onların yer, vaxt və maqnituda baxımından baş vermə ehtimalı 10-100 faizə yaxındır.

Zəlzələlərin proqnozlaşdırılması üzrə elmi araşdırmaların tarixi çox yenidir. 

İlk ciddi araşdırmalar zəlzələ problemi olan Yaponiya, RusiyaAmerika Birləşmiş Ştatları kimi qabaqcıl texnologiyaya malik ölkələrdə başlamış və 1966-cı ildən sonra Çin Xalq Respublikası da bu dövlətlərə qoşulmuşdur. 

Bu günə qədər 1975-ci ildə Çində əvvəllər məlum olan Haicheng zəlzələsindən başqa böyük bir zəlzələ proqnozu yox idi.

Bəzən el arasıdna deyirlər ki, heyvanlar zəlzələri hiss edir.

Mütəxəssislərin fikrincə, heyvanların eşitmə tezlik diapazonlarına görə zəlzələləri əvvəlcədən hiss etmələri çox normaldır. Belə ki, insanlar saniyədə 20-20.000 Hz tezlikli səsləri eşidə bildiyi halda, itlər 100.000 Hz, siçanlar 40.000 Hz tezlikli səsləri eşidə bilirlər.

Bəzi heyvanlar zəlzələdən əvvəl baş vermiş maqnit sahəsindəki dəyişiklikləri hiss edir və nəticədə zəlzələ bölgəsindən qaçırlar.

Heyvanların davranışı uzun müddətdir bilinir və öyrənilir. 

Heyvanlar ətraf mühitdəki çox kiçik dəyişikliklərə belə çox həssasdırlar.

Zəlzələlərin proqnozlaşdırılması işlərində zəlzələ hadisələri və ay, ulduzlar və s. məsələn, göy cisimlərifəsillər, buludlar, tufanlar və s. kimi atmosfer hadisələri arasında əlaqə yaratmaq üçün də araşdırmalar aparılır.

Xatırladaq ki, 1991-ci ildə Strasburqda Avropa Şurasının zəlzələlərin proqnozlaşdırılması problemlərinə həsr olunmuş iclasında “Zəlzələlərin proqnozlaşdırılması üzrə Avropa Etika Kodeksi” adı altında etik qaydalar yazılmış və ictimaiyyətə elan edilmişdi. 

Türkiyə araşdırmalarda iştirak etsə də, lakin bu etik qaydaların effektiv şəkildə həyata keçirilməsinə nail olunmayıb.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI