?>

Ermənistana silah verməyə hazır dövlətlər, xüsusən də Hindistan var

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

Ötən həftə Ermənistan baş nazir Nikol Paşinyan bildirib ki, Azərbaycan Ermənistana silah ixracının qarşısının alınmasında mühüm rol oynayır.

Paşinyan qeyd edib ki, bəzi ölkələr hətta Ermənistanan müttəfiqləri yüz milyonlarla dollar dəyərində silah verməkdən imtina edir.

Və burada Azərbaycanın rolu böyükdür.

Digər tərəfdən isə, Ermənistan KİV-i yazır ki, Hindistan Ermənistana 270 milyon ABŞ dolları dəyərində silah və hərbi texnika satıb.

Qeyd edilir ki, Hindistanla imzalanan müqaviləyə əsasən, Ermənistan böyük həcmdə raket, mərmi və sursat sifarişi edib.

Belə ki, sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün rəsmi İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb.

“Hindistanın bu riyakarlığı olmasa, demək olarmı ki, meydanda tək qalıb?… “Ermənistan regionda tək qalıb” ifadəsi indidən ciddi qəbul ediləcək söz deyil, çünki Ermənistana silah verməyə hazır olan bir çox dövlətlər, xüsusən də Hindistan var”

Bu barədə Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay danışıb.

O, qeyd edib ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri silah alınması ilə nəticələnib və onun verdiyi açıqlama kifayət qədər diqqətçəkəndir.

-Həsən Oqtay

Paşinyan deyir ki, Azərbaycan sərhədləri təşkil etmək istəyirsə, dağlıq Qarabağla danışıqlar aparmalıdır.

Bu, Dağlıq Qarabağa hüquqi statusun verilməsi üçün atılan addımdır” - deyən politoloq hesab edir ki, xüsusən də Rusiyanın Abxaziya, Osetiya, Krımda və iki gün əvvəl keçirdiyi referendumlar və Ukraynada baş vermiş faciə Qarabağda da vəziyyəti kifayət qədər çətinləşdirib.

Onun sözlərinə görə, Azərbaycan çox fəal diplomatik hərəkət etməlidir.

Ermənistan-Azərbaycan münaqişələri regionda mövcudluğunu saxlamaq istəyən Rusiyanın xeyrinə olmaqla yanaşı, Qarabağın hüquqi statusu ilə bağlı qeyri-müəyyənliyi də artıracaq” - deyə politoloq vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI