BAKI, Azərbaycan
- İranın Ermənistana müttəfiqliyinin saxta olmasının sübutu
“Tehran rejimi ilə münasibətlərimizin gərginləşməsi Azərbaycan-Ermənistan münasibətlərinin aydınlaşması prosesləri ilə əlaqədardır.
Ordumuzun Ermənistanla sərhədlərimizi tədricən nəzarətə götürməsi İranı çox narahat edir. İrəvan tərəfi bizim bu addımı yüngül etirazla qarşılasa da İran özünü elə aparır ki, sanki proseslər onlarla bağlı ərazilərdə gedir.
Eyni zamanda 10 noyabr razılaşmasında nəzərdə tutulmuş “Zəngəzur dəhlizi” istiqamətində gördüyümüz işlər və kommunikasiya xəttlərinin sürətlə inşası daha çox fars rejimini rahatsız etməkdədir. İranın xəyalpərəst siyasiləri o qədər özlərini cilovlaya bilmirlər ki, hətta Ermənistanın Zəngəzur dəhlizinə “hə” deməsinə sərt reaksiya nümayiş etdirərək, reallaşacağı təqdirdə əraziləri nəzarətə götürücəkləri barədə məlumat yaydılar. Bu da İranın Ermənistana müttəfiqliyinin saxta olmasının sübutudur”...
Bu barədə politoloq Vasif Əfəndi danışıb.
Onun sözlərinə görə, Ermənistan nəhayət anlamalıdır ki, xalqının firavan gələcəyi yalnız Azərbaycan və Türkiyədən keçir.
Qonşu dövlətlərə ərazi iddiasının perspektivi yoxdur və gələcəkdə özünün mövcudluğuna təhdiddir.
Ermənistan bu sayaq siyasətini davam etdirərsə, təbii ki, ilk imkanda qonşuları da bu məsələnin birdəfəlik çözümünü düşünərək onların bir dövlət kimi varlıqlarına son qoymağa çalışa bilərlər.
-Vasif Əfəndi
“İran eyni zamanda bizə qarşı informasiya müharibəsi də aparmağa cəhd edir. Yerli telekanalları xüsusilə türkcə yayımlanan “Səhər TV” vasitəsilə şər-böhtan kampaniysı sürdürür. Sosial şəbəkələr vasitəsilə xaricdə sığıncaq alan bəzi bloqerlərdən, eləcə də içimizə yerləşdirilmiş siyasi və ictimai fəallar İranın 5-ci kolonu qismində fəaliyyətlərini davam etdirirlər”- deyə Vasif Əfəndi əlavə edib.
Politoloqun fikrincə, İranın açıq düşmənçilik siyasətinə qarşılıq vermək üçün milli mətbuatımızın və siyasi fəallarımızın mövqeyi kifayət qədər tutumludur və layiqli cavablar verilir.
Hüquq-mühafizə orqanlarımız son bir neçə ay ərzində xeyli sayda anti-terror əməliyyatları keçirərək onlarla terrorçunu gözaltına alsa da, görülən tədbirlər davam etdirilməlidir.
İradə Cəlil, dikGAZETE.com