?>

Bütün Azərbaycan Rəcəb Tayyib Ərdoğanın qələbəsini bayram edir

İradə Cəlil

1 yıl önce

-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

BAKÜ, Azerbaycan

Türkiyədə prezident seçkiləri Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatdı.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti seçildi.

Və bundan sonra 5 ilRəcəb Tayyib Ərdoğan Türkiyənin taleyində həlledici rol oynayacaq.

2020-ci il 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında olduğunu hiss etdirmiş, bu ağır savaşda tənha buraxmamışdı.

Bütün bunlar məhz Rəcəb Tayyib Ərdoğanın sayəsində olmuşdu.

Və bu gün bütün Azərbaycan bu seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsini bayram edir.

Yəni Türkiyənin qələbəsi Azərbaycanın qələbəsidir. Məhz seçkidən sonra bir daha əminliklə demək olar ki, Azərbaycan Türkiyəni məhz Rəcəb Tayyib Ərdoğanın timsalında da ayrıca sevir…

Azərbaycan Ərdoğanı sevir və bu da təbiidir. Ərdoğanın Azərbaycana etdikləri müqabilində Azərbaycan Ərdoğanı sevməlidir.

Verdiyi dəstəyə görə, arxasında durduğuna görə, çətin dönəmdə yanımızda olduğu üçün, Azərbaycan Ərdoğanı sevməlidir. Türkiyə təkcə sözlə yox, həm də əməldə Azərbaycanın yanında oldu”.

Bu barədə “ Partiyanın” sədr müavini Əhəd Məmmədli danışıb.

O ki, qaldı seçkinin Qarabağla, Azərbaycanla bağlı təsirlərinə, politoloqun fikrincə, seçkinin nəticəsi Azərbaycan üçün yaxşı olacaq.

-Əhəd Məmmədli

“Bir nüansa diqqət yetirək. Türkiyədə seçki keçirildiyi zaman, yəni mayın 28-də İlham Əliyevin Laçında laçınlılara ilk mənzillərin açarlarını verməsi və orada Qarabağda olan erməni separatçılarına ultimatum verməsini təsadüfi saymıram.

Artıq bizdə də əminlik var idi ki, Ərdoğan qalib gələcək. Mənim fikrimcə, bu qalibiyyətdən sonra artıq Azərbaycan Qarabağ cəbhəsində yenə daha əminliklə iradəli atdımlar atacaq”- deyə Əhəd Məmmədli qeyd edib.

O, bildirib ki, bu istiqamətdə Türkiyənin rolu əvəzsiz olacaq.

Politoloqun fikrincə, bu ilin sonuna qədər Qarabağ problemi tam həll edilməli və Azərbaycan öz ərazi bütövlüyünü təmin etməli, eyni zamanda ərazilərinə tam nəzarət etməlidir.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI