BAKI, Azərbaycan
“Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir”. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Twitter” hesabında yazıb.
O, qeyd edib ki, beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir…
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Ötən gün isə, əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar hallarının əks olunduğu video görüntülər sosial şəbəkələrdə yayılıb.
Ermənilərin əsir götürülən Azərbaycan əsgərinə qarşı vəhşiliyi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, qeyri-insani bir davranışdır.
Əsgərin əl-qolu bağlanmış şəkildə ağzına təpik vurulması görüntüləri ermənilərin necə qəddar, vəhşi olduğunun bariz nümunəsidir.
“Ermənilərin vəhşi toplum kimi dünyada tayı-bərabəri yoxdur. Zaman-zaman türklərə, azərbaycanlılara qarşı edilən terror hadisələri, vəhşiliklər, soyqırımları ermənilərin həyat tərzinə çevrilib. Zaman bu toplumun bu xislətini dəyişmir, əksinə bu vəhşi tayfa daha da azğınlaşır.
Son günlər azərbaycanlı əsgər Axundov Hüseyn Əhliman oğlunun azaraq, əsir düşməsi və onun əl qolunun bağlanaraq, işgəncələr verilməsi, bu prosesin sosial şəbəkələrdə yayılması təsadüfi deyil.
Bununla həm ermənilər, həm də onların havadarlar bir neçə məqsəd güdür.
Bu iki ölkə xalqları arasında düşmənçiliyi daimi şəkildə saxlamaq, humanitar, barışıqla bağlı olan məsələlərin üstündən xətt çəkmək, içlərində qalan qisas, kin, küdurət, nifrəti bir növ biruzə etməyə cəhd idi.
Həm də bu Azərbaycan əsgərindən, azərbaycanlıdan “it kimi qorxmağın” əlamətidir. Çünki əl-qolu bağlı əsgər belə yanaşmaq nə insani tərəfdən, nə hüquqi tərəfdən qəbul edilməzdir”.
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb.
O, xüsusi olaraq vurğulayıb ki, bu vəhşilik beynəlxalq hüquqla qəti qadağandır.
-Vüqar İskəndərov
Deputat 1949-cu il Cenevrə Konvensiyasından da söz açıb və bildirib ki, bu vəhşilik konvensiyaya ziddir.
“Bu konvensiyada bu məsələlərlə bağlı maddələr yer alıb. Əlavə olaraq hərbi əsrilərlə rəftarı müəyyən edən beynəlxalq hüquqi sənədlər var.
Bütün konvensiyalarda dərisinin rənginə, dini inancına, mənşəyinə, cinsinə, əmlak vəziyyətinə və hər hansı bir oxşar meyarlara görə, hərbi əsrilərə münasibətdə fiziki toxunulmazlıq, qətl, şikəst etmə, qəddarlıq, işgəncə, insan ləyaqətinə qarşı hücum, xüsusi təhqirəamiz və aldaldıcı davranışlar və s. beynəlxalq hüquqla, konvensiyalarla qadağandır.
Lakin bu konvensiyalar hazırda dünyada ikili münasibətlərlə idarə olunur. Bəlkə də bu davranış başqa ölkədə olsaydı, beyəlxalq təşkilatlar hay-həşir salıb, dünyanı ayağa qaldırmışdılar.
Qısa vaxt ərzində məhkəmələr qərar da vermişdi. Zaman-zaman kifayət qədər belə hadisələr baş verib, amma biz səsini çıxaran nə məhkəmə, nə təşkilat, nə də bir dövlət görmədik”,- deyə Vüqar İskəndərov bildirib.
Deputatın sözlərinə görə, bu hadisə bir daha göstərir ki, dünyada beynəlxalq hüquq işləmir və ermənilər və onların havadarları bu qanunlara, bu hüquqa saymazyana münasibət göstərir. Çünki hər dəfə belə hadisələri törədənlər cəzasız qalırlar.
Deputat bildirib ki, Azərbaycan Baş Prokurorluğu bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115.2 maddə ilə cinayət işi qaldırıb. Burada əsir düşmüş şəxslərə işgəncə vermə, onlara qəddar, qeyri-insani rəftar etmə və s. müddəalar yer alıb.
Onun sözlərinə görə, müvafiq orqanlar həmin cinayət törədən şəxslərlə bağlı, həm milli, həm beynəlxalq məhkəməyə cəlb edilməsi üçün müvafiq xarici ölkələrin orqanları ilə birlikdə tapılıb məsuliyyətə cəlb edilməsi üçün əməli addımlar atacaq.
“Biz inanırıq ki, həmin şəxslər tapılaraq, məsuliyyətə cəlb ediləcəklər. Amma biz Azərbaycan tərəfinə əsir düşən şəxslərə olan münasibəti də görürük. Bu bizim beynəlxalq hüquqa verdiyimiz dəyərdir”,- deyən deputat bildirib ki, sərhəddə baş verən ermənilər tərəfindən törədilən təxribatlarda yenə də lal-kar dünyanı görürük.
Ermənilərin arxasında duran qüvvələr, Avropa İttifaqı missiyası, Rusiya sülhməramlıları və digər qüvvələr belə hallar baş verdiyi zaman susurlar. Çünki belə qanuna uyğunsuzluqları özlərinə lazım olan məqamlarda görmürlər.
“Ancaq Azərbaycan ordusu belə məqamlarda əməli işə keçəcək. Bu vəhşilər, barbarlar heç nəyə baxmadan tapılmalı, onlar hüquq qarşısında cavab verməlidirlər. Etdikləri vəhşiliklərin cavabı qanunla 100 qat almalıdırlar. Bu məsələdə Azərbaycan müvafiq dövlət orqanları əməli işə başlayıb” deyən Vüqar İskəndərov qeyd edib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunu “su yoluna” döndərən Beynəlxalq “Qızıl Xaç” Komitəsinin bir bəyanatını görməyib. Bir fikrə rast gəlməyib və əsgərimizin baş kəsilməsi ilə bağlı heç bir kadr, fakt görməyib.
Deputatın fikrincə, “Qızıl Xaç”-ın başı ermənilərə humanitar yardım etməyə qarışıb.
“Gözünüzü açıb yaxşı baxın, vəhşilikləri görün, hüququ tanıyın. Beynəlxalq hüquqa tüpürən bir toplumla onların dili ilə "danışın". Azərbaycan əsgərinə təcili şəkildə baş çəkin. Ona qarşı olan vəhşiliklərə etiraz edin, səsinizi qaldırın və həmin əsgərimizin Azərbaycan tərəfinə qaytarılması üçün əməli addımlar atın.
Bu həm də sizin vəzifə borcunuzdur. Çünki adınızı humanitar təşkilat qoymusunuzsa, adınıza uyğun davranmalı, təxirəsalınmaz tədbirlər görməlisiniz.
Həmin əsgərlə görüşməli, ondan ifadə almalı, başına gətirilən bi vəhşiliyi qeydə almalı və bütün beynəxalq təşkilatlara müraciət ünvanlamalısınız. Onu bu vəhşilərin əlindən alınaraq, öz ölkəsinə qaytarılması üçün müvafiq dövlət orqanları ilə konkret əlaqə yaratmalı, məsələni həll etməlisiniz”-deyə deputat “Qızıl Xaç” Komitəsinə müraciət edib.
Vüqar İskəndərov bildirib ki, hələ ki, təşkilatın hərhansı bir fəaliyyəti görünmür.
O, həmçinin əlavə edib ki, bu təşkilatdan bu kimi addımların atılması gözlənilsə də, dövlət orqanları da bu məsələnin həll olunması üçün lazımi tədbirlər görür.
-Bəbirov Aqşin Qabil oğlu, Axundov Hüseyn Əhliman oğlu
P.S. Ümid edirik ki, əsirlikdə olan əsgərimiz tez bir zamanda Azərbaycana qaytarılacaq…
.
İradə Cəlil, dikGAZETE.com