BAKI, Azərbaycan
“Azərbaycan son illərdə dünyada ən sürətli inkişaf edən ölkələrdən biridir.
Ölkəmizdə cənab prezident tərəfindən böyük əhatəli dərin islahatlar həyata keçirilir. İslahatlar bütün sahələri əhatə edir.
O cümlədən, media sahəsində olan geniş islahatlar paketi media haqqında qanun yenilənməsi, söz azadlığı ilə bağlı olan hətta xırda problemləri belə aradan qaldırılması üçün əsas yaradır.
Bu gün dünyanın özü söz azadlığından və mediada olan problemlərdən əziyyət çəkir”.
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb.
Deputat qeyd edib ki, dünya dezinformasiya ilə doludur. Belə ki, imkanlı insanlar, böyük siyasi fiqurların əlində çox geniş hətta planetə, qlobal siyasətə təsir göstərən media resusrları var.
Hazırda onların internet dünyasına ötürdüyü dezinformasiyalar, istədikləri məlumatları cəmiyyətlərə sırıması bu gün adi hala çevrilib.
-Vüqar İskəndərov
Deputat hesab edir ki, bütün bunlarla qlobal anlamda da birləşib mübarizə apamaq lazımdır.
“Ölkəmizdə yeni “Media haqqında qanun” bir çox boşluqları artıq əhatə edir və bu boşluqların olmaması üçün, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq addımların atılmasını özündə ehtiva edir”-deyən deputatın fikrincə, “söz azadlığı” deyiləndə hər şeyi danışmaq, “sən nə düşünürsən” onu cəmiyyətə çatdırmaq anlamına gəlməməlidir.
Təbii ki, insanda söz azadlığı, fikir azadlığı fikirini ifadə etmək azadlığı olmalıdır və bu gün Azərbaycanda bu sahədə problem yoxdur. Bəzi nüanslar var ki, onlar da aradan qaldırılmalıdır.
“Hər şeyin ideal olduğu cəmiyyət mövcud deyil. Əsasən son zamanlar problemlər sosial şəbəkələrdə sosial mediada hiss olunur.
Yəni insanları orada adi təhqir etmək, az qala linç etmək çox normal bir hala çevrilib. Bunun qarşısının alınması üçündə müvafiq addımlar atılmasına ehtiyac var.
Bu gün Azərbaycanın jurnalistləri açıq rahat şəkildə fikirlərini yazırlar, internet televiziyalar vasitəsilə rahat şəkildə öz fikirlərini ifadə edirlər.
Lazımlı tənqidlər edirlər. Hətta ölkə başçımız da bununla bağlı fikirlərində bir çox məlumatları sosial mediadan saytlardan aldığını bildirir. Bu gün o Azərbaycanın müasir simasıdır.
Yəni ölkə başçısı da həm sosial media, həm medianın digər sahələrinə inkişaf edilməsində maraqlıdır. Və özünü onun qarantı olaarq qeyd edir.
Bu təbii ki, çox vacib məsələlərdən biridir. Əsasən sosial mediada bu məsələyə diqqəti artırmalıyıq.
Və mən düşünürəm ki, gələcəkdə sosial media haqqında da qanunun qəbul olunması zəruriyəti yaranacaq və insanların fikir azadlığı, söz azadlığı mediada, televiziyada ən yüksək səviyyədə dövlət tərəfindən qorunacaq.
Lakin çalışmalıyıq ki, həm də gələcəkdə qanun qəbul edək ki, heç kimin hüquqları pozulmasın.
Cəmiyyətdə tarazlıq pozulmasın. Və bunun üçün dördüncü hakimiyyət olan medianın çox böyük gücü var”-deyə deputat əalvə edib.
Deputat hesab edir ki, ölkəmizdə medanın inkişafı yeni çağırışlara cavab vermək üçün irəli gedir, dəyişir, zamana görə inkişaf edir və bu davamlı olaraq da bu inkişaf gələcəkdə də olacaq.
P.S.
Vüqar İsgəndərov çox maraqlı bir məsələyə toxundu. Sosial mediada insanları təhqir etmək, linç etmənin adi hala çevrildiyini qeyd edən deputat bildirib ki, gələcəkdə sosial media ilə bağlı qanun qəbul edilə bilər ki, bununla da, insanların hüququ qorunar.
Həqiqətən belə bir qanunun qəbul edilmısinə böyük ehtiyac var. Bu gün sosial media üzərində təkcə sıravi vətəndaşlar deyil, jurnalistlər, məmurlar, deputatların özü belə kiminsə sifarişinin qurbanına çevrilir.
Sözün əsl mənasında “kimin kimdən xoşu gəlmirsə” sosial mediada haqqında qərəzli məlumatlar yayaraq, ləkələməyə, gözən salmağa çalışır. Bunun qarşısını isə qanunlar və hüquq almalıdır.
Bu insanların layiqincə cəzalanması üçün sosial mediada olan bu kimi neqativlərin aradan qaldırılması üçün qanunlar olmalı, sərt cəzalar nəzərdə tutulmalıdır.
Bir anlıq düşünün.
Kiminsə kiməsə atdığı iftira, yazdığı qərəzli məlumat insanların karyerasına və ya şəxsi həyatna təsir edir, günahkarla isə, əlini -qolunu sallayıb aramızda rahat gəzə bilirlər.
Bu kimi halların qarşısını almaq da, məhz qanunlarımıza “bəli” deyən deputatların üzərinə düşür…
Gözləyirik…
.
İradə Cəlil, dikGAZETE.com
.