?>

Biz həmrəy ola bilirikmi? 31 dekabr– Dünya Azərbaycanlılarının həmrəylik günü…

İradə Cəlil

2 yıl önce

-31 dekabr dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyon azərbaycanlı bu günü bayram kimi qeyd edir... "Azərbaycan torpaqlarının yağmalanmasını qəbul etmirik"

BAKI, Azərbaycan

31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik günü… 

Bütün dünya azərbaycanlılarının həmrəyliyini nümayiş etdirməli olduğu bu günün əsası əslində 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin dağıdılması ilə qoyulub. 

Belə ki, ŞimaliCənubi Azərbaycan arasında sərhəd dirəklərinin dağıdılması, Araz sahillərində sərhəd yürüşü o dövrdə Azərbaycanı bütövləşdirmək üçün əslində bir cəhd idi. 

Məhz elə 31 dekabr həmrəylik günü bu birləşmənin simvolu idi.

Aradan bir neçə il keçdikdən sonra 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.

31 dekabr dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyon azərbaycanlı bu günü bayram kimi qeyd edir.

Nədir həmrəylik?

Ortaq dəyərlərdə birləşmək və birgə fəaliyyət göstərmək həmrəylik adlanır. 

Həmrəylik bir cəmiyyəti təşkil edən hisslər, düşüncələr və ümumi maraqlar əsasında insanların bir-biri ilə qarşılıqlı əlaqəsi deməkdir.

Bəzi fəaliyyətlər və dəyərlər cəmiyyətdə çox vacibdir. Həmrəylik bu dəyərlər arasındadır. 

Həmrəylik hər bir cəmiyyət üçün vacibdir. Cəmiyyətdə insanların dincəmin-aman yaşaması, özlərini təhlükəsiz hiss etmələri üçün həmrəylik çox vacibdir. Həmrəylik ictimai dəyərlər baxımından çox önəmlidir.

Bəs həmrəy ola bilirikmi?

Siyasi şərhçi Nazim Cəfərsoy bildirib ki, bu mövzunun dünyaya çatdırılmasında yetərincə fəallıq yoxdur. Mövzunu gündəmdə tutacaq aktual addımlar atılmalı idi və atılmalıdır.

Xarici jurnalistlər çox zəif cəlb edilib. Sadəcə Türkiyə var.

-Nazim Cəfərsoy

“Bu prosesdə Qarabağda Ermənistanın etdiyi bütün ekoloji fəlakətləri gündəmə gətirmək lazımdır. Topxanada baş verənlər, işğal müddətində Azərbaycan ərazilərinin soyulması, ərazinin florasının demək olar ki, məhv edilməsi faktlarla müqayisəli ortaya qoymalıdır. 

KəlbəcərLaçını tərk edərkən ermənilərin etdiyini yanğınlar, ekologiya cinayətləri xüsusilə vurğulanmalıdır”-deyən Nazim Cəfərsoy vurğulayıb ki, bu mövzuda diasporanın fəallığını görmürük.

Holandiya-Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın bildirib ki, biz Şuşa-Xankəndi yolunda aksiyalar başlayan gündən onları dəstəkləyirik.

-İlhan Aşkın

“Onların yanındayıq. Çünki bu, Azərbaycanın milli məsələsidir. Azərbaycanın darmadağın edilmiş torpaqlarının yağmalanmasını qəbul etmirik. 

Təşkilat olaraq Hollandiyada olan təşkilatlarla birlikdə buradakı Rus səfirliyinə petisiya verdik, etirazımızı bildirdik. Ardınca yenə Rusiya səfirliyinin qarşısında Azərbaycan təşkilatları ilə birlikdə böyük bir mitinq keçirdik. Orada da sözümüzü dedik. 

Hollandiya parlamentarilərinə şikayətimizi yazılı olaraq göndərdik. Bizim edə biləcəklərimiz bu qədərdir. Əlimizdən nə gəlirsə etdik”-deyə İlhan Aşkın bildirib.

Belçika-Azərbaycan evinin rəhbəri Bülənt Gürçam qeyd edib ki, Şuşa-Xankəndində başlayan aksiyaları dəstəkləmək lazımdır.

Ancaq təəssüflər olsun ki, bu aksiyalar dünyaya yetərli çatdırılmadı.

-Bülənt Gürçam

“Burada bir məqsəd var – ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son vermək. Aksiyalar düzgün şəkildə həyata keçirilib. 

Avropa ekoloji terrora çox həssasdır. Amma biz bunu Avropanın qarşısına qoya bilmədik. Fotolar çəkilməli idi, broşür hazırlanmalı idi. Bunu ya Azərbaycanda hansısa bir QHT edib dünyadakı diaspor təşkilatlarına çatdırmalı idi, ya da Diaspor Komitəsi təşkilatlara göndərməli idi. Amma bu da edilmədi. 

Aksiyalar ciddi idi, mövzu ciddi idi. Amma tanıtım, dünyaya eşitdirmək zəif oldu. Bu səbəbdən də hesab edirəm ki, biz belə bir aksiyanı yetərli qədər dünyaya çatdıra bilmədik”-deyə Gürçam vurğulayıb.

Belə…

Həmrəylik cəmiyyətdə birlik və həmrəyliyin formalaşmasına çox mühüm təsir göstərdiyi üçün çox önəmlidir. 

Bu, həm də cəmiyyətin dinc xoşbəxt həyatı, cəmiyyətdə sülh və paylaşma, cəmiyyətin təhlükəsizliyi, əməkdaşlıqbirlik dəyərləri üçün olduqca lazımlıdır. 

Cəmiyyətin həmrəyliyi insanların bir-birini başa düşməsi, yaşaya bilmək üçün çox önəmlidir. 

Cəmiyyətdə maddi-mənəvi əmin-amanlığın, əmin-amanlıq mühitinin təmin edilməsi üçün həmişə həmrəylik lazımdır. Amma bu gün baş verənlərə baxanda qarşımızda bir sual yaranır:

Biz həmrəy ola bilirikmi?

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI