?>

Azərbaycanın İtaliya ilə əməkdaşlığı ordumuzun NATO texnologiyalarına hakim olması üçün vacibdir

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

Azərbaycanİtaliya arasında həyata keçirilən hərbi texniki sahədə əməkdaşlıq durmadan genişlənir.

Bu istiqamətdə İtaliyanın müdafiə sənayəsi şirkətləri Azərbaycan ordusunun silah texnika parkının ümumiyyətlə modelləşməsi lahiyəsi çərçivəsində gedən proseslərdə fəal iştirak edirlər.

Bu günlərdə İtaliyanın Leonardo müdafiə sənayəsi şirkətinin müəssəsinin S27J hərbi nəqliyat təyyarəsinin Azərbaycan ordusu, Müdafiə Nazirliyi tərəfindən alınmasına dair ilkin razılaşma əldə olunub.

Bu istiqamətdə praktik addımların atılması artıq nəzərdə tutulub.

Bu barədə hərbi ekspert, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, İtaliya Avropanın hərbi texnoloji avadanlıqların yaradılması istiqamətində ən öndə gedən ölkələrindən biridir. 

-Ramil Məmmədli

“Bu günə qədər də Azərbaycanla İtaliya arasında məhz bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Məsələn, Leonardo şirkətinin M346 təlim döyüş təyyarəsi hələ 2014-2015-ci illərdə əldə olunan razılığa əsasən məhz həmin dövrdə Azərbaycana təhvil verilib. Azərbaycan ordusu M346 təyyarəsinin istifadəçilərindən biridir və bundan sonrada bu prosesin davam edəcəyi düşünülür”- deyə Ramil Məmmədli əlavə edib

Hərbi ekspert, “Leonardo” şirkəti haqqında danışarkən bildirib ki, şirkət müdafiə sənayəsi şirkətləri arasında dünyanın 9-cu yerdə gedən şirkətlərindən biridir. Avropada isə 3-cü ən iri və ən perspektivli şirkətidir.

Azərbaycanın bu sahədə İtaliya ilə xüsusən də “Leonardo” şirkəti ilə əməkdaşlığı ordumuzun NATO spesifikasiyalı NATO texnologiyalarına hakim olması, NATO texnologiyalarını mənimsəməsi üçün vacib istiqamətlərdən biridir.

Yəni Azərbaycan məhz NATO texnologiyalarını mənimsəmək üçün həm də İtaliya ilə əməkdaşlıq etməli, İtaliyanın şirkətləri ilə bu sahədə təcrübə mübadiləsi aparmalıdır”-deyə Ramil Məmmədli qeyd edib.

Onun sözlərinə görə, bu hərbi nəqliyyat təyyarəsi öz strukturuna görə, Azərbaycan ordusunun döyüş tapşırıqlarını yüksək səviyyədə icra edə biləcək. Çünki bu təyyarə öz manevr və sürətli daşıma imkanlarına görə, öz analoqları arasında əsas yerlərdən birini tutur.

Aviasiyaaviatexnologiyalar sahəsindəki satınalmalarda və texnologiyaların mənimsənməsi istiqamətində Azərbaycanın İtaliya ilə əməkdaşlığı Azərbaycan ordusunun inkişafına, güclənməsinə və texnika parkının texniki imkanlarının artırılmasına gətirib çıxara bilər.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI