?>

Azərbaycanda Koronavirus… BELƏ...

İradə Cəlil

5 yıl önce

BAKI, Azərbaycan

Təbiət də belə zərərliləri, xəstələri özündən təmizləyir... 

Koronavirus da təbii təmizlənmə kimi bir şeydir...

Uşaqlıqda yadıma gəlir əmimgil cücə saxlayırdı. 

Hamısına eyni qayğı, eyni diqqət göstərilir, eyni iynə vurulurdu, xəstəlik gələndə sağlamları qalır, xəstələr qırılırdı..

Bənzətmə etik olmasa da, indi də zəiflər, xəstələr, immun sistemi zəif olanlar ölür. 

Təbii təmizlənmədir, sanki…

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. 

Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. 

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. 

Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:

- ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;

- ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;

- ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla)

- dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;

- restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;

- restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;

- saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;

- ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;

- aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;

***

İndi bir də koronavirus çıxdı başımıza…

Bir kişinin 6 övladı olur və evi o qədər darısqal olur ki, həyata marağı olmur.

Arvad da hər gün danışıb ömrünü yeyir.

Kasıb olduğu üçün evini genişləndimək imkanı olmur. 

Çarəsiz qalan adam qaziyə üz tutub, dərdini danışır.

Qazi deyir ki, heyvanatın varmı?

Kişi bir inəyinin və bir buzovunun olduğunu deyir.

Qazi ona məsləhət görür ki, inəyibuzovu da bir -neçə ay evdə saxlasın.

Kişi evə gəlib inəkbuzov üçün yer düzəldir.

Vəziyyətləri bir qədər ağırlaşır.

Kişi intihar həddinə çatır, yenə qaziyə üz tutur.

- Ay qazi, sən dedin inəyi evə gətir vəziyyətin düzələcək. Vəziyyət daha da ağırlaşdı.

Qazi deyir: get indi inəyi də buzovu da tövləsinə qaytar. Görəcəksən ki, vəziyyət düzələcək.

Kişi evə gəlib, inəyi və buzovu tövləyə köçrür.

Arvad evi yığışdırıb, deyir ki, "şükür genişliyə çıxdıq".

Bir gün qazi kişini yolda görüb vəziyyətini soruşur.

Kişi qaziyə dua edib deyir ki, indi evimiz daha genişdir, Allah canını sağ eləsin...

İndi də biz, gül kimi rahat yaşayırdıq, amma narazı idik. 

İndi bir də koronavirus təhlükəsi çıxdı başımıza.

yediyimiz yedik, nə içdiyimniz içdikdir

Şadlığımıza şitlik edirik.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI