BAKI, Azərbaycan
Xalq qan yaddaşını əsla unutmur!
20 Yanvar hadisəsindən 33 il keçir. Yanvarın 19-dan 20-nə keçən gecə, Sovet-rus ordusu Azərbaycanın paytaxtı azərbaycanlılara qarşı Bakıda soyqırım etdi.
Həmin gün paytaxtda və Respublika rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
Öncədən planlaşdırılmış bu qanlı cinayəti həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və digər hərbçilər Bakıya göndərildi.
Ermənilər 1988-ci ildən Qarabağın Azərbaycandan ayrılması üçün "fəaliyyət"dəydilər.
1989-cu ilin dekabrında Ermənistan Sovet Respublikasının Ali Soveti Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.
Bu qərar Azərbaycanda narazılıqla qarşılandı və Bakıda yüz minlərlə insanın iştirakı ilə mitinqlər keçirildi.
Azərbaycanlılar ermənilərin və sovet hakimiyyətinin artan ərazi tələblərinə öz reaksiyalarını göstərmək üçün Bakının Azadlıq meydanına axışdılar.
Azərbaycan xalqı 1990-cı il 20 Yanvar tarixini heç vaxt unutmayacaq! O günü “Qara Yanvar” adlandırıb, müstəqillik uğrunda canlarından keçmiş şəhidlərini ürəklərində, tarixdə dəfn ediblər. Ancaq 20 Yanvar, həm də Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi olub.
Azərbaycanlılarda müstəqillik şüurunu alovlandıran və Sovet İttifaqının dağılmasını sürətləndirən "Qanlı yanvar" hadisələrinin kökündə də Qarabağ problemi dayanır.
Bu gün aradan 33 il keçib.
Və 1990-cı il Qarabağ uğrunda meydanlarda başlayan mübarizə 2020-ci ildə qələbə ilə başa çatdı.
Minlərlə şəhid verdik, amma Qarabağı, tariximizi azad etdik.
-Rüfət Quliyev
Milli Məclisin deputatı Rüfət Quliyev qeyd edib ki, “20 Yanvar” Azərbaycan tarixinin qan yaddaşı olmaqla yanaşı, həm də Azərbaycanın ən şərəfli günlərindən biridir. Çünki bu hərakatla Azərbaycan xalqı postsovet məkanında haqqlı səsini qaldıran birincilərdən oldu.
Meydanalara çıxaraq öz fikrini, qərarını ifadə etdi, ölkəsinin, nəsillərin gələcəyini müəyyənləşdirmə yolunda ilk addımlarını atdı.
““20 Yanvar” bizim tariximizdə əbədi olaraq qalacaq, unudulmayacaq. Biz bu günü bir şərəf tarixi kimi qəbul edirik. Bəlkə də Sovet impreriyasının dağılmasına təkan verən də məhz bu hərakat oldu”-deyə deputat qeyd edib.
.
İradə Cəlil, dikGAZETE.com