?>

Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü: Gürcüstan Azərbaycana nə verə bilər?

İradə Cəlil

2 yıl önce

- Dekabrın 20-22-i tarixlərində Azərbaycan Müdafiə Naziri Zakir Həsənov Türkiyəyə səfəri çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

BAKI, Azərbaycan

Belə ki, üç ölkənin Müdafiə Nazirləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi AkarGürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasındakı görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, regional problemlərin həlli, müdafiə və təhlükəsizilik məsələləri, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq, ordu mənsublarının, yəni hərbi birləşmələrin təcrübə mübadiləsi baxımından regionun 3 əsas ölkəsi olan Azərbaycan, GürcüstanTürkiyənin hərbi sahədə əməkdaşlıq etməsi, davamlı olaraq bu sahədə təcrübələrini bölüşmələri olduqca əhəmiyyətli və vacibdir.

-Ramil Məmmədli-

Hələ illər əvvəl 90-cı illərin sonlarında Azərbaycanın təşəbbüsü ilə GUAM - adlı bir təşkilat formalaşmışdı. Bu Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birləşdiyi bir format idi. Elə məhz bu format Azərbaycanla Gürcüstan arasında sonradan formalaşmış, ikitərəfli hərbi əməkdaşlığın bünövrəsini qoydu”-deyən hərbi ekspert bildirib ki, GürcüstanAzərbaycan arasında ikitərəfli hərbi əməkdaşlıq, bu istiqamətdə mühim addımların atılmasına səbəb oldu. 

Ekspert hesab edir ki, bu həmin dövrdə zamanın tələbi idi. 

Sonra Türkiyənin də regionda təhlükəsizliyin bərqərar olması üçün iştirak etməsi prosesləri daha da gücləndirdi. 

Azərbaycan-Gürcüstan-Türkiyə birgə hərbi əməkdaşlığı təlimlərlə, hərbi-taktiki məsələlərlə bağlı əməkdaşlıqla davama etməyə başladı.

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin görüşü və müzakirə olunan məsələlər regionda hərbi kontekstdə bir sıra problemlərin aradan qalxmasına səbəb olacaq. Ümumiyyətlə, bu səfər həm üçtərəfli əməkdaşlığın formalaşması, daha da güclənməsi, həm də əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətlidir”-deyə o əlavə edib.

Gürcüstan Azərbaycana nə verə bilər?

Ekspert hesab edir ki, Gürcüstanla Azərbaycan arasında hərbi əməkdaşlıq ilk növbədə loqistika-daşımalar baxımından əhəmiyyətlidir. 

Azərbaycana gələn hərbi təyinatlı məhsullar AzərbaycandanGürcüstandan keçir.

Yəni Qaradəniz vasitəsilə Azərbaycana gələn məhsullar Gürcüstan vasitəsilə Azərbaycana daxil olur.

Vətən Müharibəsi dövründə də Gürcüstanın Azərbaycanla hərbi əməkdaşlığı, eyni zamanda Ermənistana bu ölkənin üzərindən bir sıra hərbi təyinatlı məhsulların keçidinə məhdudiyyət qoyması təqdirəlayiq idi. Azərbaycan-Gürcüstan və Türkiyənin hərbi kontekstdə münasibətlərinin formalaşması həm hərbi siyasi baxımdan, həm də texniki loqistika və daşımalar baxımından olduqca əhəmiyyətlidir”,- deyən R. Məmmədli bildirib ki, bu münasibətlərin gələcəkdə hansısa hərbi İttifaq şəklində formalaşması mümkündür.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI