?>

Azad edilən ərazilərdəki sərvətlər və məhv edilən tariximiz

İradə Cəlil

4 yıl önce

BAKI, Azərbaycan

İşğaldan azad olunmuş ərazilərdəki mövcud olmuş və olan tarixi-mədəni abidələrimiz… 

Oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu əks-hücum nəticəsində Füzuli şəhərini düşmən işğalından azad edib.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan və 2020-ci il oktyabrın 25-də müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilən Füzuli rayonu da tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir.

Bu barədə tarixçi alim Kamran İsmayılov məlumat verib.

O, qeyd edib ki, Füzuli rayonunda memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr)…

Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi (1682), Karvansara (1684), türbə (XVIII əsr)…

Qoçəhmədli kəndində məscid, Qarğabazar kəndində XVII Əsr karvansara, Qarğabazar kəndində XVII əsr məscid binası, Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi…

Aşağı Veysəlli kəndində XIII əsr Mirəli türbəsi…

Qoçəhmədli kəndində XVIII əsr məscid binası və əsr yaşayış binası…

Horadiz kəndində məscid binası və imamzadə türbəsi (hər ikisi XIX əsr)…

Füzuli şəhərində XIX əsr məscid binası, Aşağı Aybasanlı kəndində XVIII əsr İbrahim türbəsi…

Qacar kəndində XIX əsr məscid binası, Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası…

Merdinli kəndində XVIII əsr məscid binası, SaracıqGorazıllı kəndlərindəki XIX əsr körpüləri (Alı körpüsü, Kərəm körpüsü)…

Aşağı Veysəlli kəndində XII əsr qəbiristanlığı, işğaldan azad edilmiş ərazidə mövcud olan mədəniyyət və dini abidələr…

Babı kəndində XIII əsr Şeyx Babı Yaqub türbəsi…

Əhmədalılar kəndində XIII əsr Arxalı türbəsi…

Böyük Bəhmənli kəndində XIX əsr məscid binası və s. göstərilə bilər.

Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. 

Memarlıq abidələri sırasında 1681-ci ildə inşa ediilmiş rayonun Qarğabazar kəndinə yerləşən karvansara Alban dövrü memarlıq ənənələrinin oxşarıdır.

Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çeviriblər. 

Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırıb.

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbəlayı Səfixanın ilkin işlərindəndir.

1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşüb.

Aşağı Veysəlli kəndində Mirəli türbəsi Elxanilər dövründə - XVI əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi güman olunur. Rayonun ərazisində orta əsrlərdə tikilmiş ziyarətgahlar, hamamlar digər memarlıq abidələri mövcuddur.

-Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixan 1889-1890 illərdə inşa etmişdir. Məscid xeyriyyəçi Hacı Ələkbər bəyin vəsaiti hesabına tikilmişdir. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin həyətində dəfn etmişdir. 1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür.-

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. 

Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun ÇıraqlıOrta Qərvənd, Füzuli rayonunun AlxanlıŞükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar.

Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu əks-hücum nəticəsində Füzuli şəhərini düşmən işğalından azad edib.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində bu günədək Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Yuxarı Güzlək, Gorazıllı, Qaradağlı, Xatunbulaq, Saracıq, Qarakollu, Arış, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli, Dörd Çinar, Kürdlər, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Mandılı azad edilib.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI