?>

Professor Hicran Hüseynova: Çanaqqala zəfəri Azərbaycanda da böyük sevinclə, iftixarla yad edilir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova: “Bu gün Çanaqqala zəfəri Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinclə, iftixarla yad  edilir.”

Özel Haber - 3 yıl önce

Azərbaycan - Bakı

Bu gün 18 mart - Çanaqqala Şəhidlərini Anma Günüdür. 107 il bundan əvvəl Çanaqqala döyüşü mənəvi gücün, iradənin, əzmkarlığın maddi və texniki üstünlüklər üzərində  qələbə  simvoluna çevrildi. 

Bu zəfər türk əsgərinin bütün çətinliklərə baxmayaraq, öz şərəfini, ləyaqətini, əqidəsini qoruma gücündə olduğunu göstərən bir meydandır.

Vaxtı ilə İngiltərənin baş naziri Uinston Çörçill  deyirdi ki :“Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar”. 

Bu qələbədə Azərbaycanın da payı var. 

Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmişdi.  

Azərbaycan xalqı, xeyriyyəçi-mesenatları Anadoluda Milli Mücadilə Hərəkatına öz maddi və mənəvi yardımlarını göstərmiş, xüsusilə də Çanaqqala müharibəsində yüzlərlə azərbaycanlı könüllü olaraq döyüşə qatılmış, böyük rəşadət nümunəsi göstərərək qəhrəmancasına şəhid olmuşdur.

Tarix yenidən yazıldı, bu dəfə Azərbaycanda, Qarabağda, Şuşada. Azərbaycan 1991-1994-cü illərdə I Qarabağ müharibəsində 20 min çox  qədər şəhid versə də, torpaqlarını erməni işğalından qoruya bilmədi. 

Zaman keçdikcə Ulu Öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycanın iqtisadi və hərbi-siyasi mövqelərinin gücləndi. 

Əldə olunmuş diplomatik uğurlar  nəticəsində beynəlxalq aləmdə ölkəmizin ədalətli mövqeyinin etiraf edilməsi, torpaqlarımızın işğaldan azad olunması  istiqamətində yolda ciddi imkanlar yaratdı.

Xalqımız heç vaxt işğalla barışmadı, torpaqlarımızın azad edilməsi bizim üçün ən mühüm məsələ idi.  

Qarabağsız Azərbaycan ola bilməzdi, Şuşasız Qarabağ ola bilməzdi.

XX əsrin əvvəllərində zəfər səlanaməsi Çanaqqalada, XXI əsrin əvvəllərində isə möhtəşəm qələbə dastanı Qarabağda, Şuşada yazıldı. 

27 sentyabr 2020-ci ildə Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzla zəfər yürüşünə başladı. 

Rəşadətli ordumuz öz canını sipər edərək igidliklə vuruşurdusa, Ali Baş Komandanı da diplomatiya sahəsində düşmənimizin havadarlarını zərərsizləşdirir və cəsur ordumuza böyük dəstək verir, xalq vahid bir orqanizm kimi mübarizə aparırdı. 

Erməni faşizminə və onların dünyadakı havadarlarına qarşı təkbətək döyüşdüyümüz günlərdə, bir çox dövlətlərin qarşımızda dayandığı zaman yenə də yanımızda Türkiyə Cümhuriyyəti var idi. 

Qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək Qarabağın düşmən işğalından azad olunmasında mühüm rol oynadı. 

Şuşa əməliyyatı isə müasir dövr hərb tarixinin şah əsəri desək,  yanılmarıq. 

Şuşa əməliyyatı da öz siyasi mahiyyətinə, mənəvi əhəmiyyətinə və hərbi taktiki xüsusiyyətlərinə görə Çanaqqala əməliyyətanın oxşarı idi.  

105 ildən sonra Çanaqqala döyüşündə olduğu kimi Şuşa əməliyyatında da qəhrəman igidlərimizin xəncər-bıçaqla düşmən qüvvələrini məhv etməsi yeni bir tarix, unudulmaz bir qəhrəmanlıq nümunəsi idi. 

Şuşaya yolla deyil, sıldırım qayalarla, yüngül silahlarla çıxaraq, şəhid və yaralı hərbçi dostlarını da özləri ilə daşıyaraq, əlbəyaxa döyüş nəticəsində  mədəniyyət paytaxtımız, qürur mənbəyimiz Şuşa azad edilmişdir. 

Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki  qardaş dövlətdir.

Məhz bu tarixi hadisələr Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət”  şüarının əsl mahiyyətini açır. 

Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayır. 

Bu gün ölkələrimiz arasında ən yüksək müttəfiqlik münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir.

Bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

Bizi təkcə tarixi, dini, milli köklər deyil, həm də hərb tariximiz, apardığımız mübarizə, bölgədə və dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi sahəsində etdiyimiz təşəbbüslər birləşdirir.

Tarixdə belə döyüş salnamələri, qəhrəmanlıq  dastanları  hər zaman, öyrənilir və öyrəniləcəkdir. 

Bu gün Çanaqqala zəfəri Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinclə, iftixarla yad  edilir.

.

Prof. Hicran Hüseynova, dikGAZETE.com

-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova-

*

Professor Hicran Hüseynova: Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir

Haftanın Öne Çıkanları

Nurbanu Gündüz, ödül gecesinde göz kamaştırdı -Selçuk Aka magazin dünyasından bildiriyor-

2022-03-11 19:22 - Magazin

İstanbul'un Gürültüsünden Uzak Villalar

2022-03-17 12:22 - İnsan&Hayat

Professor Hicran Hüseynova: Çanaqqala zəfəri Azərbaycanda da böyük sevinclə, iftixarla yad edilir

2022-03-18 19:15 - Özel Haber

Suriye'de görev yapan jandarma komando Bingöl'e döndü

2022-03-15 11:16 - Gündem

Polonya Cumhurbaşkanı Duda: Türkiye ile iş birliğini geliştirmeye devam edeceğiz

2022-03-16 18:45 - Siyaset

Rus devlet TV kanalı Rossiya-1: Türkiye yaptırımlara katılmıyor, teşekkürler!

2022-03-16 06:54 - Özel Haber

Rize ve Trabzon'da eğitime kar engeli

2022-03-14 20:34 - Eğitim

Demirözü Barajı'nın yüzeyi yeniden buzla kaplandı

2022-03-17 13:40 - Günün Fotoğrafı

ABD, İspanya'ya 950 milyon dolarlık helikopter satışına onay verdi

2022-03-16 09:55 - Dünya

New Yorker, Moskova’da VEGAS Crocus City'de yeni bir mağaza açtı

2022-03-16 06:49 - Özel Haber

İlgili Haberler

Rusya pazarındaki her dört yeni markadan biri Avrupalı

08:23 - Özel Haber

Türkiye ve Rusya, ABD'nin ticarete yönelik yaptırımlarını nasıl aşabilir?

08:02 - Özel Haber

Türkiye, 2025 yılında Rusya'dan Peru'ya bir rota açmayı planlıyor

08:12 - Özel Haber

Moskova, Rus kargosunu İrtiş üzerinden Çin ve Türkiye'ye teslim etmeyi planlıyor

08:17 - Özel Haber

Cumhurbaşkanı Erdoğan'ın ‘Rusya’ açıklaması Rus medyasında geniş yer aldı

08:32 - Özel Haber

Günün Manşetleri

Pentagon, Rusya'nın Ukrayna'da kıtalararası balistik füze kullandığını doğruladı

01:53 - Dünya

ABD yönetimi, UCM'nin Putin kararında farklı, Netanyahu kararında farklı tavır takındı

01:43 - Dünya

Zelenskiy: Bugün Putin, bu yıl savaşı büyütmek için ikinci adımı attığını itiraf etti

01:08 - Dünya

TCMB'den TL mevduatta artışla uyumlu sadeleşme adımları

00:22 - Ekonomi

Pentagon, UCM'nin Netanyahu hakkındaki tutuklama emrine karşı çıktı

00:17 - Dünya