?>

Professor Hicran Hüseynova: Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir

“Şuşa Bəyannaməsinin təsdiq edilməsi tək Azərbaycan və Türkiyə üçün deyil, Cənubi Qafqaz və Avropa üçün də yeni bir dönəm”

Özel Haber - 3 yıl önce

Azərbaycan - Bakı

Şuşa Bəyannaməsi”nin tarixi, siyasi əhəmiyyəti və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. 

Müasir Azərbaycanın xarici siyasət tarixində Şuşa Bəyannaməsi ölkənin dinamik diplomatiyasının və çoxtərəfli beynəlxalq formatlarda daha səmərəli iştirakının dayaq nöqtəsidir. 

Şuşa Bəyannaməsi strateji sazişdir və onun məqsədi Ankara ilə Bakı arasında geosiyasi əməkdaşlığın daha da  genişlənməsi və yaranan təhdidlərin fəsadlarının azaldılmasıdır.  

Həmçinin, Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. 

Bu bəyannamə Avropanın ən yeni tarixinə geosiyasi həmrəyliyi, iqtisadi çiçəklənməni və bütün qitə üçün təhlükəsizliyi təmin edən vacib vasitə kimi daxil olacaqdır.

Beləliklə, 1 fevral 2022-ci il tarixində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi tək AzərbaycanTürkiyə üçün deyil, Cənubi Qafqaz və Avropa üçün də yeni bir dönəm kimi qiymətləndirilməlidir. 

2021-ci ilin iyunun15-i Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 

Əgər 29 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. 

Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir.

Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏliyevinBir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal AtatürkünAzərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək  yeni bir mərhələyə qədəm qoyur. 

Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”. 

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. 

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. 

Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız  bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir.  

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.  Ona görə də birmənalı vurğulaya bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. 

Həmçinin, bu sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda imzalandı. 

Ölkə baçşısı İlham Əliyev də çıxışında qeyd etdi ki, “ Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.  

Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstərmişlər. Lakin Şuşada imzalanan  Bəyannamə Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. 

Eyni zamanda, Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi. 

Müqavilənin imzalandığı məkanın seçilməsi də xüsusi bir rəmzi, simvolik məna daşıyırdı. 

Birincisi, dünya ictimaiyyəti bir daha  erməni barbarlığını, vandalizmini görsünlər, 30 ilə yaxın əsarətdə saxladıqları şəhərləri, kəndləri necə dağıdıblar, talan ediblər. 

İkincisi isə, erməni işğalçılarının xaraba qoyduğu binanın uçurulmuş divarları fonunda hər iki dövlətin başçısı bütün dünyaya sülhün, sakit şəraitdə yaşamağın vacibliyi mesajını göndərirlər. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ictimaiyyətini bir daha xalqımızın erməni faşizmi üzərində qələbəsini qəbul etməyə və yaranmış yeni reallıqdan faydalanmağa çağırdı:

Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir”.

Prezident İlham Əliyevin də bildirdiyi kimi, “Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır.

Azərbaycanın  Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. 

Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. 

Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. 

Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir.

Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. 

Cənab İlham Əliyev öz çıxışında bildirdi ki, “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. 

Bu həmin layihənin reallaşması ilə bağlı yaranmış müxtəlif fikirlər ən qəti və aydın cavab oldu.  

Beləliklə, bir daha qeyd etmək lazımdır ki, Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir.

Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında balanslı bir siyasət aparır. Burada  cənab Prezident İlham Əliyevin Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı  tədbirdə dedikləri bəzi fikirləri xatırlamaq istərdim.  

Artıq hər kəs qəbul edir ki, 44  günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və o öz tarixi torpaqlarınızı azad etməklə ərazi bütövlüyünü bərpa etdi. 

Bu bütövlükdə regionda yeni vəziyyət yaratmışdır. 

Bu baxımdan  regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. 

Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə çevrilmişdir.

Bu isə  yeni perspektivlərin yaranmasına səbəb olur.  

Cənab İlham Əliyev bir daha qeyd edir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. 

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. 

Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. 

Azərbaycan beynəlxalq maliyyə institutları ilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı fəal əməkdaşlıq edir. 

Neft-qaz, enerji, nəqliyyat və loqistika, kommunikasiya kimi iqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir.  Cənab prezidentin irəli sürdüyü  “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi  bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. 

Bu gün  Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik.

Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. 

Eyni zamanda, bu dost və səmimi münasibətlər o qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə bilmir. 

Belə nümunələr çoxdur. 

Türkiyə hər zaman öz mənəvi və siyasi dəstəyini göstərmişdir.

Bu gün də biz bu dəstəyi görürük. Cənab İlham Əliyevin dediyi kimi “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır”. 

Milli Məclisdə çıxış edən  hörmətli Rəcəb Tayibb Ərdoğan bildirdi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şanlı Qələbəsinin  Qafqazda qanayan bir yaranın qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. 

Əlbəttə ki, yaranmış yeni reallıq, yeni imkanlar açır. Türkiyə Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisindən səslənən əsas fikir, çağırış  ondan ibarətdir ki,  “Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq.  Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək”. 

Zaman keçdikcə mənzərə daha da aydınlaşır, və biz ABŞAvropa Birliyinin, eləcə də digər dövlətlərin və region ölkələrin yaranmış yeni vəziyyəti daha düzgün qiymətləndirməyə başladığını müşahidə edəcəyik. 

Vətən müahirbəsində çaldığımız qələbə bütövlükdə  ölkələrin inkişafına əlavə imkanlar yaradacaq, yeni beynəlxalq əməkdaşlıq platformasının formalaşmasına müsbət təsir göstərəcəkdir.

Prezident Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi altılıq platformasının yaranması ilə (Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan) bölgədə sabitlik hökm sürəcək və düşmənçiliklər aradan qalxacaqdır. 

Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. 

Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir. Əlbəttə ki, bu ideyanın reallaşması üçün işlər görülməlidir.  

Digər mühüm məsələ isə Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsidir. Bu layihənin misilsiz əhəmiyyəti vardır. 

Cənab Ərdoğanın toxuduğu məsələlərdən biri də dünya ictimaiyyətinin həqiqətləri bilməsidir. O, bildridi ki, “Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz”.  

Ölkə başçısı İlham Əliyev işğaldan azad olunan ərazilərimizə səfər edərkən hər dəfə  erməni faşizmini, erməni barbarlığını bütün dünyaya nümayiş etdirir. 

İnsan öz ölkəsini, doğulduğu, böyüdüyü evini, yurdunu xarabaya çevirə bilməz, deməli, sən bu yerə yad olmalısan, mədəni- tarixi-dini abidələrə, tikililərə biganə olmalısan ki, onu dağıdasan, məhv edəsən. 

Bu gün Qarabağa səfər edən diplomatik nümayəndələr, jurnalistlər və digər beynəlxalq ictimaiyyətin nümayəndələri əyani şəkildə ermənilər tərəfindən dağıdılmış kəndləri, şəhərləri görürlər. 

Hazırda Qarabağda quruculuq işləri aparılır, yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. 

İnfrastruktur obyektləri tikilir. İşğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verməkdədir.

 Azərbaycan qardaş Türkiyənin dəstəyini hər zaman hiss etmişdir. 

Hələ 1918-ci ildə  sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalçılarından azad etmişdir. 

Bu tarixi gün  öz müstəqilliyini elan etmiş gənc bir dövlətin özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb edirdi. Çox mürəkkəb və çətin bir şəraitdə olan Azərbaycanın köməyinə qardaş Türkiyə çatdı. Və 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu. 

Maraqlıdır ki, 1915-ci ildə Çanaq qala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmişdi. 

Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. 

Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. 

Məhz bu tarixi hadisələr Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət” devizinin əsl mahiyyətini açır.

Deyirlər, tarix təkrar olunur. 

O dövrdə də bir sıra  dövlətlərin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Türkiyə qardaş köməyini əsirgəmədi və 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. 

Bununla da Türkiyə  Azərbaycan dövlətçiliyinə ilk qardaş töhfəsini verdi. 

Elə müasir dövrdə də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə olmuşdur. 

Müstəqilliyimizin çətin anlarında, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyin zaman da Türkiyə yanımızda olub, bizim haqq səsimizi bütün səviyyələrdə ictimailəşdirmişdir. 30 illik erməni işğalından sonra Azərbaycanın haqq savaşına  Türkiyə mənəvi və siyasi dəstək verməklə, bu dəfə də  öz qardaşlıq missiyasını yerinə yetirdi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Şuşa Bəyannaməsi” isə  bu qardaşlığı əbədi  möhürlədi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. 

Bu tarixi hadisə Cənubi Qafqaz regionunda  200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların pozulması deməkdir.

Artıq Azərbaycan-Türkiyə birliyi ilə davam edəcək yeni regional münasibətlər platforması formalaşmaqdadır.

.

Prof. Hicran Hüseynova, dikGAZETE.com

-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova-

*

Azerbaycan Milli Meclisi Şuşa Beyannamesi'ni onayladı

https://www.dikgazete.com/haber/azerbaycan-milli-meclisi-susa-beyannamesini-onayladi-758311.html

https://www.dikgazete.com/etiket/?q=%C5%9Eu%C5%9Fa

https://www.dikgazete.com/etiket/azerbaycan

Haftanın Öne Çıkanları

100 binde Kovid-19 vaka sayısı İstanbul'da 1245,73, İzmir'de 729,81, Ankara'da 725.62

2022-01-31 11:21 - Sağlık

Cumhurbaşkanı Erdoğan: En düşük tarifede aylık elektrik tüketimini 150 kilovattan 210 kilovata çıkarıyoruz

2022-01-31 20:16 - Siyaset

AK Parti Adana İl Gençlik Kolları Başkanı Yıldız ve teşkilatı ‘Kesişme: İyi ki varsın Eren’le duygulandı

2022-01-26 23:49 - Özel Haber

Professor Hicran Hüseynova: Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir

2022-02-02 15:53 - Özel Haber

Rusya'nın zengin doğal kaynaklarına sahip bölgelerinden: Başkortostan -Fuad Safarov Moskova'dan bildiriyor-

2022-01-28 06:02 - Özel Haber

Rusya Başsavcılığı, Moskova'da Nazi işbirlikçisi Ermeni asıllı Njdeh'in filmine izin vermedi -Fuad Safarov bildiriyor-

2022-01-30 07:09 - Özel Haber

ANT Yapı, Moskova'da ‘Business Class AFI TOWER'i inşa edecek -Fuad Safarov bildiriyor-

2022-01-31 07:40 - Özel Haber

Rusya'nın yıldızı parlayan restoran zinciri: Restaurants by Emin Agalarov

2022-01-27 06:07 - Özel Haber

Şahsenem: Sezen Aksu şarkısı okumam! -Selçuk Aka magazin dünyasından bildiriyor-

2022-01-26 19:58 - Magazin

Türkiye'nin Tiflis Büyükelçisi Yazgan, Gürcistan Parlamento Başkanı ile ikili ilişkileri görüştü -Fuad Safarov bildiriyor-

2022-01-29 07:04 - Özel Haber

İlgili Haberler

Rusya pazarındaki her dört yeni markadan biri Avrupalı

08:23 - Özel Haber

Türkiye ve Rusya, ABD'nin ticarete yönelik yaptırımlarını nasıl aşabilir?

08:02 - Özel Haber

Türkiye, 2025 yılında Rusya'dan Peru'ya bir rota açmayı planlıyor

08:12 - Özel Haber

Moskova, Rus kargosunu İrtiş üzerinden Çin ve Türkiye'ye teslim etmeyi planlıyor

08:17 - Özel Haber

Cumhurbaşkanı Erdoğan'ın ‘Rusya’ açıklaması Rus medyasında geniş yer aldı

08:32 - Özel Haber

Günün Manşetleri

Fırat Kalkanı ve Zeytin Dalı bölgelerinde 5 terörist yakalandı

12:23 - Gündem

Kartlı ödemeler ekimde 1,49 trilyon lira oldu

12:17 - Ekonomi

Kültür ve Turizm Bakanlığının 2025 yılı bütçesi TBMM Plan ve Bütçe Komisyonunda

12:13 - Siyaset

Bitlis'te hasadı yapılan karakovan balı yurt dışından alıcı buluyor

12:07 - Ekonomi

Antalya'nın bazı ilçelerinde sağanak etkili oldu

12:02 - Gündem